Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci
il 10 mart tarixli 16 nömrəli qərarı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət
büdcəsindən maliyyələşən
idarə və təşkilatların büdcədənkənar
vəsaitləri haqqında
Əsasnamə”də dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 361
Bakı şəhəri, 6 sentyabr 2017-ci il
“Büdcə
sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
2016-cı il 30 dekabr tarixli 486-VQD nömrəli Qanununun tətbiqi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12
yanvar tarixli 2596 nömrəli Sərəncamının 1.2-ci bəndinin
icrasını təmin etmək
məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 mart tarixli 16
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999, ¹ 12, maddə 757; 2000, ¹ 8 (III kitab), maddə
642; 2003, ¹ 4, maddə 219; 2005, ¹ 4, maddə 377; 2017, ¹ 3, maddə
497) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Dövlət büdcəsindən maliyyələşən
idarə və təşkilatların büdcədənkənar
vəsaitləri haqqında Əsasnamə”nin 6-cı hissəsinin
üçüncü abzası aşağıdakı
redaksiyada verilsin:
“İlin sonuna bütün xəzinə hesablarının qalıqları dövlət büdcəsinin vahid xəzinə hesabına köçürülür.”.
Artur RASİ-ZADƏ
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2017.- 8
sentyabr.- S.2.