Turizm: yeni hədəflərə doğru

 

Strateji Yol Xəritəsi turizmin inkişafına güclü stimul yaradıb

 

Turizm sektorunun inkişafı son illər Azərbaycanda həyata keçirilən islahatların əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” bu sahənin də gələcək inkişafının yeni hədəflərini müəyyənləşdirmişdir.

Turizmin inkişafı ilə bağlı son vaxtlar Prezident bir neçə sərəncam imzalamış və onların icrası istiqamətində tədbirlər həyata keçirilmişdir. 2016-cı il 1 sentyabr tarixliElektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Vizasisteminin yaradılması haqqında”, habelə 20 fevral 2017-ci il tarixli “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” tarixli sərəncamları ölkədə qeyri-neft sektorunun perspektivli sahələrindən olan turizmin inkişafına  əhəmiyyətli təsir göstərmişdir. Prezidentinqeyd etdiyi kimi, “ASAN Vizasistemi ölkəmizə səfər edən əcnəbi vətəndaşların sayının qısa müddətdə sürətli artımını təmin etmişdir.

 Strateji Yol Xəritəsində qeyd olunur ki, ölkədə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılması bu sahənin qanunvericilik bazasının və dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsini, mövcud turizm potensialından istifadə imkanlarının genişləndirilməsini, regionlarda turizm fəaliyyətinin stimullaşdırılmasını, yeni turizm marşrutlarının yaradılmasını zəruri edir. Bu məqsədlə “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamında müvafiq dövlət qurumlarına bir sıra tapşırıqlar verilmişdir.

Sənəddə qeyd olunur ki, Azərbaycan, Şərqlə Qərbin qovuşmasında yerləşən müasir infrastrukturu və qədim zəngin tarixi abidələri olan paytaxt Bakı şəhərindən başlamaqla, ecazkar təbiətə və milli parklara malik regionları ilə məşhurdur. Ancaq təsadüfi deyildir ki, Bakı Azərbaycanın qlobal turizm sektorundakı payının böyük bir hissəsinə sahibdir. Turizm üzrə məşhur internet portallarının məlumatına görə, ölkəyə gələn xarici turistlərin üstünlük verdikləri turizm mərkəzlərinin 75 faizi Bakıda yerləşir.

 “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən yerliregional turistlər üçün sağlamlıq turizmi üzrə tələbatın yenidən formalaşdırılması, qış turizminin inkişafının dəstəklənməsi, mədəni turizm marşrutlarının yaradılması və davamlı turizm potensialının gücləndirilməsi (kənd turizmi, ekoturizms.), habelə işgüzar turizmin (MİCE) inkişafı istiqamətində müvafiq işlərin görülməsi nəzərdə tutulur.

Məsələn, Naftalan Rusiya, Qazaxıstan və digər MDB ölkələrindən olan turistlər üçün unikal sağlamlıq turizmi məkanıdır. Son illərdə sağlamlıq turizmi məkanlarının, o cümlədən təbii üsulla müalicə sanatoriyalarının yenilənməsi istiqamətində bir sıra tədbirlər görülüb. 2010-cu ildə Naftalan şəhərindəki və 2013-cü ildə Şabran rayonundakı bir neçə sanatoriyanın sağlamlıq mərkəzi kimi yenidən bərpası buna misal ola bilər.

Bununla yanaşı, sağlamlıq turizmini inkişaf etdirmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyi (AHTTSA) yaradılıb. Digər prioritet turizm növü hesab olunan qış turizminin inkişafı istiqamətində də işlər davam etdirilməkdədir. Əsas qış turizm məkanlarından olanTufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi (Qəbələ) və nazirliyin tabeliyində “ŞahdağTurizm Mərkəzi (Qusar) yerlixarici turistlər üçün xizəkçilik də daxil olmaqla, bir çox açıq hava idman növlərini təklif edir.

Bundan başqa, keçmişdə Qafqaz regionundan keçərək Avropa ilə Asiyanı birləşdirən qədim ticarət marşrutu şəbəkəsi olanBöyük İpək yolu” mədəni turizm marşrutu turistlər üçün olduqca cəlbedicidir. Eləcə də müxtəlif maraq seqmentlərinə aid olan turistlər üçün ölkənin cəlbediciliyini daha da artırmaq məqsədilə “Aleksandr Düma Qafqazda”, “Azərbaycanda şərab yolu”, “Azərbaycanda alman izləri”, “Azərbaycanda polyak izləri”, “Babaların tarixi zəfər və şəhadət yolukimi mədəni turizm marşrutları yaradılmış, bir sıra marşrutlar pasportlaşdırılmışdır. Strateji Yol Xəritəsi çərçivəsində qeyd olunan beynəlxalq mədəni turizm marşrutlarının müasir tələblərə uyğun olaraq, yenidən tədqiq edilməsi və müvafiq infrastrukturun yaxşılaşdırılması planlaşdırılır.

Hazırda dünya turizm sənayesində kənd turizmi (yaşıl turizm) də mühüm yer tutur. Ölkəmizdə kənd turizminin inkişafını təmin etmək üçün “Kənd yaşıl turizminin inkişafına dəstək” İctimai Birliyinin yaradılması nazirlik tərəfindən dəstəklənib.

Statistik göstəricilərə görə, turizm Azərbaycanda daim inkişaf edən sektorlardan biri olmuşdur. Belə ki, son 5 ildə Azərbaycanda turizm sektorunda xidmət göstərən sahibkarlıq subyektlərinin və turizm məqsədilə gələn xarici ölkə vətəndaşlarının sayında müvafiq olaraq 4,5 və 8,5 faiz 1 orta illik sabit artım müşahidə edilmişdir. Hazırda turizm sənayesinin ölkə üzrə ÜDM-də və məşğulluqda birbaşa payı müvafiq olaraq 4,5 və 3,3 faiz təşkil edir. Bakı şəhəri beynəlxalq miqyasda tanınan turizm məkanları ilə biznes və istirahəti üstün tutan turistləri cəlb etmək baxımından daim turizm sektorunun inkişafının əsas təkanverici qüvvəsi olmuşdur.

Yol xəritəsində qeyd olunur ki, qonşu ölkələrdən daha çox turist cəlb etmək və qlobal miqyasda tələbatın artdığı ölkələr üçün ixtisaslaşmış turizm məkanına çevrilmək Azərbaycanın hər iki sahə üzrə üstünlüyünü daha da artıra bilər. Mövcud imkanpotensialdan səmərəli istifadə etməklə Azərbaycan 2025-ci ilədək həm regionda, həm də digər dünya ölkələri arasında cəlbedici turizm məkanlarından birinə çevriləcək. 2025-ci ildən sonrakı dövr üzrə perspektiv isə Azərbaycanı dünyada turistlərin ən çox üstünlük verdikləri turizm məkanından birinə çevirmək, mövcud turizm ehtiyatlarından səmərəli istifadə göstəricilərinin maksimum səviyyəyə çatdırılmasını təmin etməkdir.

Sənədə əsasən, bu sektor üzrə uzunmüddətli perspektivə nail olmaq məqsədilə 2020-ci ilədək olan dövr üçün ölkə üzrə turizm sektorunda dörd əsas hədəf müəyyənləşdirilmişdir.

 Birinci hədəf Bakının turizm potensialından tam istifadə etməkdir. Hazırda Bakı şəhəri daha yaxşı inkişaf etmiş infrastruktura malik olmaqla, çoxsaylı xarici turistlərin marağını cəlb etməkdədir. Bu istiqamətdə müəyyənləşdirilmiş dörd prioritet Azərbaycanın bu perspektivə nail olmasına imkan verəcəkdir. Potensialdan daha səmərəli istifadə məqsədilə xüsusi idarəetmə mexanizminin yaradılması, məlumatlılığın daha da artırılması, turist xidməti paketlərinin yenilənməsi, müxtəlif turizm fəaliyyət növlərinin səmərəli təbliği turizm infrastrukturunun məqsədyönlü inkişafı nəzərdə tutulur. İkinci hədəf milli səviyyədə daha yaxşı idarəetmənin təşkili, turizm rekreasiya zonalarının yaradılması, mövsümiliyin aradan qaldırılması üçün regional səviyyədə turizm infrastrukturunun inkişafı, hava əlaqələrinin yaxşılaşdırılması, viza prosedurlarının sadələşdirilməsi daxil olmaqla, turizm sektorunun inkişafı üçün ölkə üzrə əlverişli mühitin formalaşdırılmasıdır. Üçüncü hədəf  regional turizm təşəbbüslərini həyata keçirməklə, Azərbaycanda turizmi inkişaf etdirməkdir. Yəni, daha yaxşı inteqrasiya olunmuş turizm sektoruna nail olmaq üçün sağlamlıq, qış ekoturizm kimi turizm növlərinin inkişafına investisiya qoyuluşları həyata keçiriləcəkdir. Dördüncü hədəf turizm sahəsində təhsil proqramlarına investisiya qoyuluşunu həyata keçirməkdən turistlərin məmnunluğunu artırmaq üçün standartlaşdırma sertifikatlaşdırma sistemini təkmilləşdirməkdən ibarətdir.

Bütün bu məqsədlərə çatmaq üçün Azərbaycanda kifayət qədər potensial mövcuddur.

Ölkəmizin turizm siyasəti kompleks xarakter daşıyır. Bu sektorda xidmət səviyyəsinin get-gedə yüksəlməsi, həyata keçirilən davamlı tədbirlər turizmin bütün sahələrində  mühüm nailiyyətlər qazanılmasına imkan yaradacaqdır.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2017.-13 sentyabr.- S.9.