Azərbaycan Beynəlxalq
müsəlman kinosu festivalında
Rusiya Federasiyası Tatarıstan
Respublikasının Kazan şəhərində
XIII Beynəlxalq müsəlman
kinosu festivalı başa çatıb. Festivalın müsabiqə
proqramında 27 ölkədən
60 film nümayiş olunub.
Onların arasında Azərbaycandan
Teymur Daiminin “Bu, sevgidir” qısametrajlı sənədli filmi, habelə Dariuş Nəcəfinin “Səs” (Azərbaycan-İran) qısametrajlı
bədii filmi də yer alıb.
Natiq Axundovun “Ramazan payı” filmi müsabiqədənkənar təqdim
olunub.
Musa Cəlil adına Opera və Balet Teatrında
keçirilən bağlanış
mərasimində laureatların
adları açıqlanıb,
nominasiyalar üzrə
mükafatlar sahiblərinə
təqdim edilib.
Teymur Daiminin “Bu, sevgidir” filmi “Ən yaxşı qısametrajlı
sənədli film” nominasiyasında
qalib olub. Mükafatı
təqdim edən beynəlxalq münsiflər
heyətinin üzvü
Şarofat Arabova ekran əsərinin “sevginin çox həssas təsvirinə görə” təltif edildiyini deyib.
Dariuş Nəcəfinin “Səs” filmi isə festivalın ən yaxşı qısametrajlı
bədii filmi kimi mükafatlandırılıb. Mükafatı qəbul edən rejissor səhnədən öz müəllimi, Azərbaycanın Xalq artisti, kinorejissor Oktay Mirqasımova təşəkkürünü bildirib.
Qeyd edək ki, Rusiyanın
Xalq artisti, rejissor Nikolay Dostalın sədrlik etdiyi münsiflər heyətində Azərbaycandan
Ülvi Mehdi də yer almışdır.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.-
2017.-15 sentyabr.- S.10.