Musiqiçilərimiz Çində uğur qazanıblar

 

Xəbər  verdiyimiz kimi, bu günlərdə Əməkdar artistlər tarzən Sahib Paşazadə və nağaraçı Kamran Kərimov Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Şərq təranələri” XI Beynəlxalq musiqi festivalında ölkəmizi uğurla təmsil edərək müsabiqənin baş mükafatını qazanıblar. Onların möhtəşəm çıxışından sonra festivalın münsiflər heyətinin üzvü,  çinli bəstəkar və dirijor Liu Shun musiqiçilərimizi 7-16 sentyabr tarixində Çində keçirilən IV İpək Yolu Beynəlxalq Musiqi Festivalına dəvət edib. Festivalın bədii rəhbəri olan Liu Shun azərbaycanlı musiqiçilərdən, Səmərqənddə olduğu kimi, bu müsabiqədə də “Şur” kompozisiyasını təqdim etmələrini xahiş edib.

Festivalda alqışlarla qarşılanan çıxışlarına görə Sahib Paşazadə və Kamran Kərimov diplommükafata layiq görülüblər. İfaçılarımız Çinin Sian, SianyanCencen şəhərlərində ayrıca konsert proqramı ilə də çıxış ediblər. Çinli musiqisevərlər Azərbaycan musiqisini böyük maraqla  qarşılayıblar.

Təmsilçilərimiz həmçinin növbəti ildə keçirilən İpək Yolu festivalı çərçivəsində ustad dərsləri keçmək və konsert proqramı ilə çıxış etmək üçün dəvət olunublar.

Qeyd edək ki, İpək Yolu musiqi festivalı ilk dəfə Çinin qədim Sian şəhərində keçirilib. Builki festivalda dünyanın 30-dan artıq ölkəsindən musiqiçilər iştirak ediblər.  Festivalın keçirilməsində məqsəd mədəniyyətlərin mübadiləsi, sülhdostluğun təbliğidir. Ölkəmiz bu musiqi bayramında ilk dəfə təmsil olunur.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2017.-22 sentyabr.- S.7.