Azərbaycan Beynəlxalq
Qastronomiya festivalında
təmsil olunub
Azərbaycanın Dostları
Assosiasiyası və Azərbaycan Evinin təşkilatçılığı
ilə Parisdə “Beynəlxalq Qastronomiya şəhərciyi”ndə Azərbaycan
da təmsil olunub. Fransa paytaxtında keçirilən
bu genişmiqyaslı tədbirdə 40-dan çox
ölkə iştirak
edib. Şəhərciyin
məqsədi Fransada,
xüsusilə, Parisdə
– müxtəlif millətlərin
çoxluq təşkil
etdiyi bir şəhərdə tolerantlıq
və multikulturalizmin daha da möhkəmlənməsi,
xalqlar arasında mədəni irs mübadiləsinin genişlənməsinə xidmət etməkdir.
Diasporla İş
üzrə Dövlət
Komitəsindən verilən
məlumatda deyilir ki, şəhərciyin açılışında Azərbaycanın
Fransadakı səfiri
Rəhman Mustafayev, Azərbaycanın Dostları
Assosiasiyasının prezidenti
Jan-Fransua Mansel, Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva, Paris meriyasının
nümayəndələri, müxtəlif kulinariya assosiasiyaları, məşhur
aşpazlar, eləcə
də iştirakçı
ölkələrin səfirləri
və rəsmi nümayəndələri iştirak
ediblər.
Sena çayınınn sahilində
3 gün davam edən tədbir zamanı Azərbaycana məxsus olan pavilyon şəhərciyin
ən çox ziyarət olunan məkanlarından biri olub. Milli üslubda bəzədilmiş
pavilyonda milli mətbəximizdən nümunələr,
dadlı-ləzzətli xörəklər,
şirniyyat və içkilərin dequstasiyası
və satışı
həyata keçirilib.
Zəngin mədəni irsimizdən
nümunələr, geyim
və bəzək əşyaları, milli sənətkarlıq nümunələri
nümayiş olunub.
Pavilyonda
milli yeməklərimizin
hazırlanmasının birbaşa
təqdimatı ziyarətçilərin
diqqətini çəkib.
“Beynəlxalq Qastronomiya şəhərciyi” musiqi
proqramında iştirakçı
ölkələr milli
musiqi və rəqslərini təqdim ediblər. Parisdə Azərbaycan məktəbinin
şagirdləri “Uzundərə”,
“Naz eləmə” və digər Azərbaycan rəqslərini
ifa ediblər.
Qeyd edək ki, Azərbaycan
iki ildir “Beynəlxalq Qastronomiya şəhərciyi”ndə təmsil
olunur.
Samirə ƏLİYEVA,
Xalq qəzeti.-
2017.- 28 sentyabr.- S.7.