Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın və “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 375                                                                          

Bakı şəhəri, 14 sentyabr 2017-ci il

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 2014, ¹ 5, maddə 547; 2015, ¹ 8, maddə 974,   ¹ 11, maddə 1417; 2016, ¹ 4, maddə 795, ¹ 5, maddə 955, ¹ 6, maddə 1192, ¹ 9, maddə 1582, ¹ 11, maddə 1938, ¹ 12, maddə 2239; 2017, ¹ 3, maddələr 473, 509) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

2.4.  Fərdi elektron pəncərəelektron məlumat sistemi

2. 2.8-ci bənd ləğv edilsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti.- 2017.- 15 sentyabr.- S.7.