Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 sentyabr tarixli
296 nömrəli qərarı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının ərazi sularında üzmə
Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 376
Bakı şəhəri, 19 sentyabr
2017-ci il
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1340 nömrəli Fərmanının 2.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 sentyabr tarixli 296 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 10, maddə 1211; 2016, ¹ 5, maddə 963; 2017, ¹ 5, maddə 972) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”nın 17.3-cü bəndi aşağıdakı redaksiyada verilsin:
“17.3. Kiçikhəcmli gəmilərin sürücüləri həmin gəmiləri idarə etmək üçün Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən verilmiş sürücülük vəsiqələrinə malik olmalıdırlar.”.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
21 sentyabr.- S.4.