“Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən
konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi
Qaydaları”nın və
“Elektron xidmət növlərinin Siyahısı”nın
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il
24 noyabr tarixli 191 nömrəli qərarında
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
№ 363
Bakı şəhəri,
12 sentyabr 2017-ci il
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci
abzasını rəhbər
tutaraq, Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi,
Azərbaycan Respublikasının
Nəqliyyat, Rabitə
və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılmış təklifinə əsasən
Azərbaycan Respublikasının
Nazirlər Kabineti QƏRARA
ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2011, № 11, maddə 1072, № 12, maddə 1247; 2012, № 1, maddə
40, № 3, maddə 256, № 10, maddə
1016, № 11, maddə 1207; 2013, № 6, maddələr 745, 757, № 7, maddə
868, № 8, maddələr 1005, 1018, № 11, maddə 1466, № 12, maddə
1639; 2014, № 1, maddə 69, № 2, maddələr 191, 201, 207, № 3, maddələr
307, 317, № 4, maddə 449, № 5, maddə 560, № 6, maddələr
733, 747, № 7, maddələr 920, 953, № 10, maddələr 1287, 1319, № 11, maddələr
1505, 1506, № 12, maddə 1656; 2015, № 1, maddə 71, № 4, maddə
465, № 5, maddə 609, № 6, maddə
790, № 7, maddə 893, № 11, maddələr
1415, 1421, № 12, maddə 1573; 2016, № 2 (II kitab), maddələr 367,
384, № 4, maddələr 774, 830, № 5, maddə 955, № 7, maddələr
1340, 1355, 1358, № 8, maddələr 1446, 1448,
№ 9, maddə 1578, № 11, maddə
1928, № 12, maddələr 2219, 2233; 2017, № 2,
maddə 277, № 4, maddə
624, № 5, maddələr 972, 986, № 6, maddə 1247; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 iyul tarixli 281 nömrəli və 13 iyul tarixli 287 nömrəli qərarları)
ilə təsdiq edilmiş 2 nömrəli əlavə
- “Elektron xidmət növlərinin Siyahısı”nda
aşağıdakı dəyişikliklər
edilsin:
1. 22.1-ci bənd aşağıdakı
redaksiyada verilsin:
“22.1. Malların və
nəqliyyat vasitələrinin
gömrük rəsmiləşdirilməsi
üzrə elektron gömrük bəyannaməsinin
qəbulu, gömrük
rəsmiləşdirilməsi və rəsmiləşdirilmə
prosesinin onlayn monitorinqi”.
2.
22.4-cü bənd ləğv
edilsin.
3. Aşağıdakı məzmunda
22.13-22.15-ci bəndlər əlavə
edilsin:
“22.13. Gömrük əməliyyatları
və ya gömrük proseduru ilə bağlı ödəniləcək gömrük
ödənişlərinin həyata
keçirilməsi
22.14. Mallar haqqında gömrük sərhəd
buraxılış məntəqələrində
qeydə alınan məlumatların verilməsi
22.15. Azərbaycan Respublikasının
tərəfdar çıxdığı
beynəlxalq müqavilələrlə
müəyyən edilmiş
hallarda idxal-ixrac vergilərindən azadolma haqqında sertifikatın verilməsi”.
Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.- 13 sentyabr.- S. 6.