“Azərbaycan Respublikası vahid büdcə təsnifatının
təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 365
Bakı şəhəri,
12 sentyabr 2017-ci il
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli
Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında”
Azərbaycan Respublikası
Qanununun və bu Qanunla təsdiq
edilmiş Azərbaycan
Respublikası Vergi Məcəlləsinin tətbiq
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 30
avqust tarixli 393 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 23 dekabr tarixli 1171 nömrəli Fərmanının 1.3-cü və
1.5-ci bəndlərinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2004-cü il
6 oktyabr tarixli 149 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, ¹ 10, maddə 866; 2006, ¹ 3, maddə 303, ¹ 5, maddələr
463, 468, ¹ 8, maddə 731, ¹ 9, maddə 822, ¹ 11, maddə
994; 2007, ¹ 1, maddə 50, ¹ 10, maddə 1021, ¹ 12, maddələr
1343, 1352; 2008, ¹ 2, maddə 130, ¹ 4, maddə 308, ¹ 10, maddə
936; 2009, ¹ 1, maddələr 22, 32, ¹ 2, maddələr 144, 150, ¹ 9, maddələr
736, 753; 2010, ¹ 4, maddə 369, ¹ 11, maddə 1048; 2011, ¹ 1, maddə
66, ¹ 4, maddə 365; 2012, ¹ 9, maddə 934; 2013, ¹ 8, maddə
1000, ¹ 10, maddə 1202; 2014, ¹ 1, maddələr 59, 69, ¹ 2, maddə
201, ¹ 5, maddə 557, ¹ 6, maddələr
745, 747, ¹ 9, maddə 1130; 2015, ¹ 2, maddə 227, ¹ 3, maddələr
328, 337, ¹ 6, maddələr 774, 781, ¹ 7, maddə 890, ¹ 11, maddə
1412; 2016, ¹ 3, maddə 595, ¹ 4, maddələr 806, 831, ¹ 5, maddələr
941, 955, ¹ 8, maddə 1450, ¹ 9, maddə 1561, ¹ 12, maddələr
2220, 2241) ilə
təsdiq edilmiş
1 nömrəli əlavə
- “Büdcə gəlirlərinin
Təsnifatı”nda aşağıdakı
dəyişikliklər edilsin:
1.
“1.1.1.1.2.0. Muzdlu işə
aid olmayan fəaliyyətdən
gəlir vergisi” maddəsinə aşağıdakı
məzmunda 1.1.1.1.2.3-cü yarımmaddə
əlavə edilsin:
“1.1.1.1.2.3. İdman oyunları
ilə əlaqədar
aparılan mərc oyunlarından, lotereyaların
keçirilməsindən, habelə
digər yarışlardan
və müsabiqələrdən
pul şəklində
əldə edilən uduşlardan (mükafatlardan)
gəlir vergisi”.
2.
“1.1.1.2.5.0. Dividendlərdən, faizlərdən, icarədən
və royaltidən əldə olunan gəlirlərdən və
mənbəyi Azərbaycan
Respublikasının ərazisində
olan digər gəlirlərdən gəlir
vergisi” maddəsinin
1.1.1.2.5.1-ci yarımmaddəsi aşağıdakı redaksiyada
verilsin:
“1.1.1.2.5.1. Azərbaycan Respublikası ilə digər dövlətlər
arasında beynəlxalq
rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən, rabitə
və ya nəqliyyat xidmətləri
üçün rezident
müəssisələrin və
ya sahibkarın ödəmələrindən gəlir
vergisi”.
3. Aşağıdakı məzmunda
1.1.1.2.5.2-1.1.1.2.5.4-cü yarım-maddələr
əlavə edilsin:
“1.1.1.2.5.2.
Azərbaycan Respublikasının
rezidentləri tərəfindən
qeyri-rezident şəxslərə
məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən,
əməliyyatı həyata
keçirən yerli
bank, xarici bankın Azərbaycan Respublikasındakı
filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən
ödəmə mənbəyində
tutulan vergi
1.1.1.2.5.3.
Güzəştli vergi
tutulan ölkələrdə
təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlərin
və qeyri-rezidentlərin
Azərbaycan Respublikasındakı
daimi nümayəndəlikləri
tərəfindən birbaşa
və ya dolayısilə edilən ödənişlərdən gəlir
vergisi
1.1.1.2.5.4. Dividendlərdən, faizlərdən, icarə haqlarından, royaltidən
və digər gəlirlərdən gəlir
vergisi”.
4.
“1.1.4.1.1.0. Azərbaycan Respublikasında
mal, iş və xidmətlərə
görə əlavə
dəyər vergisi” maddəsinin 1.1.4.1.1.2-ci yarımmaddəsi
1.1.4.1.1.3-cü yarımmaddə hesab edilsin və
aşağıdakı məzmunda
1.1.4.1.1.2-ci, 1.1.4.1.1.4-cü, 1.1.4.1.1.5-ci yarımmaddələr
əlavə edilsin:
“1.1.4.1.1.2.
Azərbaycan Respublikasında
istehsal olunan kənd təsərrüfatı
məhsullarının pərakəndə
satışı zamanı
ticarət əlavəsindən
ödənilən əlavə
dəyər vergisi
1.1.4.1.1.4.
Elektron ticarətin satıcıları (təchizatçıları)
tərəfindən işlərin
və xidmətlərin
təqdim edilməsinə
görə qeyri-rezidentə
ödəmələrdən əlavə dəyər vergisi
1.1.4.1.1.5. Elektron qaydada
təşkil olunan lotereyaların, digər yarışların və
müsabiqələrin keçirilməsinə
görə qeyri-rezidentə
ödəmələrdən əlavə dəyər vergisi”.
5.
“1.1.4.3.1.0. Hüquqi şəxslər
tərəfindən ödənilən
sadələşdirilmiş vergi” maddəsinin
1.1.4.3.1.7-ci yarımmaddəsi 1.1.4.3.1.8-ci yarımmaddə hesab edilsin və aşağıdakı məzmunda
1.1.4.3.1.7-ci yarımmaddə əlavə edilsin:
“1.1.4.3.1.7. Mülkiyyətindəki torpaq sahələrinin təqdim edilməsini həyata keçirən hüquqi şəxslər
tərəfindən ödənilən
sadələşdirilmiş vergi”.
6.
“1.1.4.3.2.0. Fiziki şəxslər
tərəfindən ödənilən
sadələşdirilmiş vergi” maddəsinin
1.1.4.3.2.7-ci yarımmaddəsi 1.1.4.3.2.9-cu yarımmaddə hesab edilsin və aşağıdakı məzmunda
1.1.4.3.2.7-ci, 1.1.4.3.2.8-ci yarımmaddələr
əlavə edilsin:
“1.1.4.3.2.7.
Mülkiyyətindəki torpaq
sahələrinin təqdim
edilməsini həyata
keçirən fiziki şəxslər tərəfindən
ödənilən sadələşdirilmiş
vergi
1.1.4.3.2.8. Sabit məbləğ
üzrə sadələşdirilmiş
vergi”.
7.
“1.1.4.3.3.0. Digər vergilər”
maddəsi 1.1.4.3.4.0-cı maddə
hesab edilsin və aşağıdakı
məzmunda 1.1.4.3.3.0-cı maddə
və 1.1.4.3.3.1-ci, 1.1.4.3.3.2-ci yarımmaddələr əlavə
edilsin:
“1.1.4.3.3.0.
Pul vəsaitlərinin
nağd qaydada bank hesablarından çıxarılmasına
görə ödənilən
sadələşdirilmiş vergi
1.1.4.3.3.1.
Hüquqi şəxslər
tərəfindən pul
vəsaitlərinin nağd
qaydada bank hesablarından
çıxarılmasına görə ödənilən
sadələşdirilmiş vergi
1.1.4.3.3.2. Fərdi sahibkarlar
tərəfindən pul
vəsaitlərinin nağd
qaydada bank hesablarından
çıxarılmasına görə ödənilən
sadələşdirilmiş vergi”.
8. “1.1.4.5.2.0. Azərbaycan
Respublikasına malların
idxalına görə
aksiz” maddəsinin
1.1.4.5.2.9-cu yarımmaddəsi aşağıdakı redaksiyada
verilsin:
“1.1.4.5.2.9. İdxal olunan
xəz-dəri məmulatlarına
tətbiq olunan aksiz vergisi”.
9.
“1.4.2.2.1.0. Məhkəməyə verilən iddia ərizələrinin və
şikayətlərin, hüquqi
əhəmiyyət kəsb
edən faktların müəyyən edilməsi
barədə ərizələrin
və məhkəmə
qərarları barəsində
şikayətlərin verilməsinə
görə, məhkəmə
tərəfindən sənədlərin
surətinin təkrar verilməsinə görə,
vətəndaşlıq vəziyyəti
aktlarının qeydiyyatına
görə, hüquqi
şəxslərin dövlət
qeydiyyatı və yenidən qeydiyyatına görə” maddəsinə
aşağıdakı məzmunda
1.4.2.2.1.7-ci yarımmaddə əlavə edilsin:
“1.4.2.2.1.7. Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsinə görə”.
10. “1.4.3.1.5.0. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə daxilolmalar” maddəsinə aşağıdakı məzmunda 1.4.3.1.5.1-ci və 1.4.3.1.5.2-ci yarımmaddələr əlavə edilsin:
“1.4.3.1.5.1. İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə tətbiq edilmiş inzibati cərimələr
1.4.3.1.5.2. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə digər daxilolmalar”.
Artur RASİ-ZADƏ
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2017.- 13
sentyabr.- S.6.