Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında
notariat
hərəkətlərinin aparılması qaydaları
haqqında Təlimat”da
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
№ 364
Bakı şəhəri,
12 sentyabr 2017-ci il
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli
Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında”
Azərbaycan Respublikası
Qanununun və bu Qanunla təsdiq
edilmiş Azərbaycan
Respublikası Vergi Məcəlləsinin tətbiq
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 30
avqust tarixli 393 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 23 dekabr tarixli 1171 nömrəli Fərmanının 1.3-cü bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA
ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, № 9, maddə 693; 2001, № 11, maddə 722; 2002, № 3, maddə
148, № 7, maddə 455, № 10, maddə
635; 2003, № 10, maddə 629; 2005, № 4, maddə 386, № 6, maddə
534, № 8, maddə 782, № 10, maddə
977, № 11, maddə 1061, № 12, maddələr
1228,1231; 2006, № 3, maddə 297, № 8, maddə 731, № 9, maddə
830, № 10, maddə 902, № 11, maddə
994; 2008, № 2, maddə 108, № 4, maddə 316, № 8, maddə
787; 2009, № 2, maddə 148, № 10, maddələr 846, 849, № 12, maddə
1079; 2010, № 6, maddə 555; 2011, № 10, maddə 971; 2012, № 3, maddə
263, № 5, maddələr 489, 495, № 7, maddə 777, № 11, maddə
1206, № 12, maddə 1354; 2013, № 4, maddə 444, № 5, maddə 578;
2014, № 1, maddə 74, № 5, maddələr
552, 589, № 6, maddə 746, № 8, maddə 1019, № 12, maddə
1685; 2015, № 12, maddə 1580; 2016, № 3, maddə 611, № 4, maddələr
777, 814, № 6, maddə 1226, № 8, maddə 1449, № 11, maddə
1937; 2017, № 1, maddə 135, № 3, maddə 493) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında
notariat hərəkətlərinin
aparılması qaydaları
haqqında Təlimat”da aşağıdakı
dəyişikliklər edilsin:
1. 12-1-ci hissədə “Yaşayış”
sözü “Torpaq, yaşayış” sözləri
ilə, “və
220.8-1-ci” sözləri “, 220.8-1-ci və 220.8-2-ci” sözləri
ilə əvəz edilsin.
2. 160-1-ci
hissə üzrə:
2.1. doqquzuncu abzasda
“Yaşayış” sözü
“Torpaq, yaşayış”
sözləri ilə əvəz edilsin;
2.2. onuncu abzasın
birinci cümləsində
“yaşayış” sözü
“torpaq, yaşayış”
sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.- 13
sentyabr.- S.6.