Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2006-cı il
27 mart tarixli 89 nömrəli
qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin,
beynəlxalq təşkilatların
nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik
və inzibati-texniki işçilərinin, o cümlədən
onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə
tutulan mal və xidmətlərə görə
əlavə dəyər
vergisinin sıfır
(0) dərəcə ilə
tutulması Qaydaları”nda
dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 366
Bakı şəhəri,
12 sentyabr 2017-ci il
“Azərbaycan Respublikasının
Vergi Məcəlləsində
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2016-cı il 16 dekabr tarixli
454-VQD nömrəli Qanununun
tətbiqi və “Azərbaycan Respublikası
Vergi Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan
Respublikası Qanununun
və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 30
avqust tarixli 393 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 23 dekabr tarixli 1171 nömrəli Fərmanının 1.3-cü və
1.5-ci bəndlərinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2006-cı il
27 mart tarixli 89 nömrəli
qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2006, ¹ 3, maddə
308; 2009, ¹ 10, maddə 853) ilə
təsdiq edilmiş “Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin,
beynəlxalq təşkilatların
nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik
və inzibati-texniki işçilərinin, o cümlədən
onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə
tutulan mal və xidmətlərə görə
əlavə dəyər
vergisinin sıfır
(0) dərəcə ilə
tutulması Qaydaları”nda
aşağıdakı dəyişikliklər
edilsin:
1.
3.4-cü bəndin ikinci
abzasında “kassa çekləri, həmçinin
tələb edildikdə,
elektron vergi hesab-fakturaları da” sözləri “alıcıların
tələbinə əsasən
onlara nəzarət-kassa
aparatının çeki
ilə yanaşı, qaimə-faktura və ya elektron qaimə-faktura
və ya elektron vergi hesab-faktura” sözləri ilə əvəz edilsin.
2. 4.1-ci bəndə aşağıdakı
məzmunda üçüncü
abzas əlavə edilsin, üçüncü,
dördüncü, beşinci,
altıncı, yeddinci
və səkkizinci abzaslar müvafiq olaraq dördüncü, beşinci, altıncı, yeddinci, səkkizinci və doqquzuncu abzaslar hesab edilsin:
“Malların alınmasını
təsdiq edən sənədlər elektron vergi hesab-fakturaları və ya elektron
qaimə-fakturalar olduqda,
onlar barədə məlumatlar bu Qaydaların 5 və 6 nömrəli əlavələrində
tam əks etdirilir, lakin həmin elektron vergi hesab-fakturaları və ya elektron qaimə-fakturaların
əslinin kağız
daşıyıcısında ərizəyə əlavə
edilməsi tələb
edilmir.”.
3. 5.1-ci bənddə “25 gün” sözləri “12 gün” sözləri ilə əvəz edilsin.
4.
6-cı hissədə “45” rəqəmi
“20” rəqəmi ilə
əvəz edilsin.
5. 7.1-ci bənddə “0,05” rəqəmi “0,1” rəqəmi
ilə əvəz edilsin.
6. Qaydaların 5 və 6 nömrəli əlavələri
üzrə:
6.1. “Elektron vergi hesab-fakturası” sözlərindən
sonra “, qaimə-faktura
və ya elektron qaimə-faktura” sözləri əlavə
edilsin;
6.2. “2. İlkin sənədlərin siyahısı”na “Satıcının
adı” sütunundan sonra “VÖEN” sütunu əlavə edilsin.
Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.- 13 sentyabr.-
S.6.