Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı
ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş
elektron vergi hesab-fakturası üzrə
alınmış malların
(iş və xidmətlərin) dəyəri
ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında
uçotun aparılması,
ƏDV-nin hərəkəti,
bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin
əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nda dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 367
Bakı şəhəri,
12 sentyabr 2017-ci il
“Azərbaycan Respublikasının
Vergi Məcəlləsində
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2016-cı il 16 dekabr tarixli
454-VQD nömrəli Qanununun
tətbiqi və “Azərbaycan Respublikası
Vergi Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan
Respublikası Qanununun
və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 30
avqust tarixli 393 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 23 dekabr tarixli 1171 nömrəli
Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2007, ¹ 12, maddə 1354; 2008, ¹ 2, maddə 127; 2009, ¹ 4, maddə
282, ¹ 6, maddə 494, ¹ 10, maddə
853; 2014, ¹ 3, maddə 314; 2016, ¹ 5, maddə 942) ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış
malların (iş və xidmətlərin) dəyəri ödənilərkən
ƏDV-nin ödənilməsi,
ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin
hərəkəti, bu
hesab üzrə aparılan əməliyyatlardan
ƏDV-nin əvəzləşdirilməsi
və dövlət büdcəsinə köçürülməsi
Qaydaları”nda aşağıdakı
dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda
1.8-ci bənd əlavə
edilsin
“1.8. Azərbaycan Respublikasının
ərazisində istehsal
olunan kənd təsərrüfatı məhsullarının
pərakəndə ticarət
fəaliyyəti ilə
məşğul olan şəxs tərəfindən
alıcıya təqdim
olunan elektron vergi hesab-fakturasında, qəbzdə, çekdə,
qaimə-fakturada (elektron
qaimə-fakturada) ƏDV-nin
məbləğinin köçürülməsi
üçün nəzərdə
tutulan ƏDV-nin depozit hesabının rekvizitləri göstərilməlidir. Həmin
məhsulların alıcıları
elektron vergi hesab-fakturasında, qəbzdə,
çekdə, qaimə-fakturada
(elektron qaimə-fakturada)
göstərilən kənd
təsərrüfatı məhsullarının
ƏDV-siz dəyərini
onları təqdim edən şəxsin hesabına, ticarət əlavəsindən hesablanan
ƏDV-nin məbləğini
isə ƏDV-nin depozit hesabına köçürməlidirlər.”.
2. 2.1-ci bəndin sonunda nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və aşağıdakı
məzmunda beşinci abzas əlavə edilsin:
“- Azərbaycan Respublikasının
ərazisində istehsal
olunan kənd təsərrüfatı məhsullarının
pərakəndə ticarəti
zamanı alıcıların
ödəmələrindən. ”.
Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
13 sentyabr.- S.6.