“Vergi partnyorluğu Sazişinin forması”nın və “Vergi partnyorluğu Sazişinin bağlanması
Qaydaları”nın təsdiq
edilməsi barədə”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2013-cü il 19 iyul tarixli 190 nömrəli qərarında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 369
Bakı şəhəri,
12 sentyabr 2017-ci il
“Azərbaycan Respublikasının
Vergi Məcəlləsində
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2016-cı il 16 dekabr tarixli
454-VQD nömrəli Qanununun
tətbiqi və “Azərbaycan Respublikası
Vergi Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan
Respublikası Qanununun
və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 30
avqust tarixli 393 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 23 dekabr tarixli 1171 nömrəli Fərmanının 1.3-cü bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2013-cü il
19 iyul tarixli 190 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2013, ¹ 7, maddə 885) ilə
təsdiq edilmiş 1 nömrəli əlavə
- “Vergi partnyorluğu Sazişinin forması”nın
3.2.1-ci yarımbəndinə “səyyar vergi yoxlamaları,” sözlərindən
sonra “o cümlədən
elektron audit,” sözləri
əlavə edilsin.
Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.- 13
sentyabr.- S.6.