Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 3 iyun tarixli 211 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin hüquqi
və fiziki şəxslərinin Azərbaycan
Respublikası ərazisində
həyata keçirdikləri maliyyə
əməliyyatları barədə məlumatların
bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası”nda dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 370
Bakı şəhəri,
12 sentyabr 2017-ci il
“Azərbaycan Respublikasının
Vergi Məcəlləsində
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2016-cı il 16 dekabr tarixli
454-VQD nömrəli Qanununun
tətbiqi və “Azərbaycan Respublikası
Vergi Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan
Respublikası Qanununun
və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 30
avqust tarixli 393 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 23 dekabr tarixli 1171 nömrəli Fərmanının 1.3-cü bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA
ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 3 iyun tarixli 211 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2015, ¹ 6, maddə 784; 2016, ¹ 3, maddə 616, ¹ 4, maddə
775) ilə təsdiq edilmiş “Xarici dövlətlərin hüquqi
və fiziki şəxslərinin Azərbaycan
Respublikası ərazisində
həyata keçirdikləri
maliyyə əməliyyatları
barədə məlumatların
bu dövlətlərin
səlahiyyətli orqanlarına
verilməsi Hədləri
və Qaydası”nda aşağıdakı dəyişikliklər
edilsin:
1. 1.1-ci bənddə “Azərbaycan
Respublikasının Vergi
Məcəlləsində dəyişikliklər
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2014-cü il 20 iyun tarixli 992-IVQD nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2014-cü il 8 iyul tarixli 218 nömrəli Fərmanının 1.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə hazırlanmışdır
və” sözləri
“Azərbaycan Respublikasının
Vergi Məcəlləsinin
(bundan sonra- Məcəllə)
76-1-ci maddəsinə uyğun
olaraq” sözləri ilə əvəz edilsin.
2. 2.1.1-ci
yarımbənddə “Azərbaycan
Respublikasının xarici
dövlətlərlə bağladığı
müvafiq beynəlxalq
müqavilələrdə” sözləri “vergi və maliyyə məlumatlarının mübadiləsini
nəzərdə tutan
Azərbaycan Respublikasının
tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə
(bundan sonra – beynəlxalq müqavilələr)”
sözləri ilə,
3.1.1-ci, 3.1.2-ci yarımbəndlərdə
“müqavilənin” sözü
“müqavilələrin” sözü
ilə, 3.1.4-cü yarımbənddə
“müqaviləyə” sözü
“müqavilələrə” sözü ilə, 4.2-ci,
5.2-ci bəndlərdə “tərəfdar
çıxdığı beynəlxalq sazişlərdə”
sözləri “beynəlxalq
müqavilələrdə” sözləri ilə,
4.13-4.16-cı, 4.21-ci bəndlərdə “Azərbaycan Respublikasının
bağladığı beynəlxalq
müqavilənin” sözləri
“beynəlxalq müqavilələrin”
sözləri ilə əvəz edilsin.
3. 2.1.5-ci
yarımbənddən, 4.1-ci, 4.12-ci,
4.20-ci, 4.21-ci bəndlərdən “Azərbaycan Respublikasının
xarici dövlətlərlə
bağladığı müvafiq”
sözləri, 2.1.5-ci yarımbənddən
“həmin” sözü,
2.1.10-cu, 3.1.1-ci, 3.1.2-ci yarımbəndlərdən,
5.1-ci (hər iki halda), 5.2-5.4-cü bəndlərdən
“həmin xarici dövlətlərlə bağlanılan
müvafiq” sözləri
çıxarılsın və
4.1-4.4-cü bəndlərdə “Xarici dövlətlərlə
bağlanılan müvafiq
beynəlxalq” sözləri
“Beynəlxalq” sözü
ilə əvəz edilsin.
4. 2.1.2-ci
yarımbənd aşağıdakı
redaksiyada verilsin:
“2.1.2. maliyyə
institutu - Məcəllənin
məqsədləri üçün
aşağıdakı fəaliyyətlərdən
ən azı birini həyata keçirən vergi ödəyicisi:
2.1.2.1. bank fəaliyyəti;
2.1.2.2. həyatın yığım sığortası
və (və ya) annuitet sığortası
fəaliyyəti;
2.1.2.3. depozitar fəaliyyəti
–Məcəllənin məqsədlərinə
uyğun olaraq depozitar dedikdə, fəaliyyətinin əhəmiyyətli
hissəsini digər şəxslər üçün
maliyyə aktivlərinin
saxlanılmasını təşkil
edən hüquqi şəxs nəzərdə
tutulur. Müəssisənin
aşağıdakı müddətlərdən
daha az
olan müddət ərzində digər şəxslər üçün
maliyyə aktivlərinin
saxlanılması və
əlaqədar maliyyə
xidmətlərinin göstərilməsi
fəaliyyətindən əldə
etdiyi mənfəət
onun ümumi fəaliyyəti üzrə
əldə etdiyi mənfəətin ən azı 20 %-ni təşkil edirsə, maliyyə aktivlərinin saxlanılması təşkilatın
fəaliyyətinin əhəmiyyətli
hissəsini təşkil
etmiş hesab olunur:
2.1.2.3.1. maliyyə institutunun
depozitar kimi təsbit edildiyi ildən əvvəlki ilin 31 dekabrında (və ya təqvim
ili olmayan hesabat dövrünün
son günündə) başa
çatan üçillik
müddət;
2.1.2.3.2. müəssisənin fəaliyyət göstərdiyi
müddət;
2.1.2.4. qiymətli kağızların
(veksellər, depozitar qəbzi və s.), törəmə maliyyə
alətlərinin, xarici
valyutaların məzənnə,
faiz dərəcəsi
və indeks alətləri, qiymətli
kağızlarla ticarət
və ya əmtəə üzrə
fyuçerslərin müştəri
üçün və
ya müştərinin
adından aparılan ticarət fəaliyyəti;
2.1.2.5. investorların portfellərinin idarə edilməsi fəaliyyəti;
2.1.2.6. bu Qaydaların
2.1.2.1-2.1.2.5-ci yarımbəndlərində
qeyd olunmuş fəaliyyətlərdən hər
hansı biri ilə məşğul olan şəxs tərəfindən idarə
edilən hüquqi şəxsin həyata keçirdiyi fəaliyyət.”.
5.
2.1.3-cü və 2.1.4-cü yarımbəndlər ləğv
edilsin.
6.
2.1.7.1-ci, 2.1.7.2-ci və 3.1.5-ci yarımbəndlərdə “müqaviləsi”
sözü “və (və ya) annuitet
sığortası müqavilələri”
sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
13 sentyabr.- S.6.