Dövlət   büdcəsindən   maliyyələşən   bir  sıra  təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqındaAzərbaycan Respublikası  Nazirlər  Kabinetinin 2013-cü  il  25   sentyabr tarixli 263 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

¹ 378

Bakı şəhəri, 20 sentyabr 2017-ci il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 9, maddə 1138; 2014, ¹ 7, maddə 916, ¹ 8, maddə 1016, ¹ 10, maddə 1325; 2015, ¹ 3, maddə 335, ¹ 6, maddə 775; 2016, ¹ 2 (II kitab), maddə 393, ¹ 3, maddə 626, ¹ 11, maddə 1976; 2017, ¹ 4, maddə 645, ¹ 6, maddə 1234) 19 nömrəli əlavə - “Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdindəki dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçünMəzun eviSosial Müəssisəsinin işçilərinin aylıq vəzifə maaşlarının sxemi”nəMühasib 330” sətrindən sonra aşağıdakı məzmunda sətirlər əlavə edilsin:

Hüquqşünas     330

Psixoloq  330

2. Bu qərar 2017-ci il sentyabrın 1-dən qüvvəyə minir.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2017.- 22 oktyabr.- S.1.