Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın, “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

¹ 380      

Bakı şəhəri, 20 sentyabr 2017-ci il

 

 

Təhsil haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən, Azərbaycan Respub-likası Təhsil Nazirliyinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti  QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 6, maddə 568; 2012, ¹ 4, maddə 388, ¹ 5, maddə 492; 2013, ¹ 3, maddə 331, ¹ 8, maddə 1003; 2015, ¹ 6, maddə 787; 2016, ¹ 3, maddə 620; 2017, ¹ 2, maddə 289, ¹ 3,  maddə 492) ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. “3. Mədəniyyət incəsənət ixtisasları qrupubölməsinin “060321 Dizaynixtisasına “- Dizayn (sahələr üzrə)” sətrindən sonra “- Landşaft bağçılığısətri əlavə edilsin.

2. “4. İqtisadiyyat idarəetmə ixtisasları qrupubölməsinin “060409 Biznesin idarə edilməsiixtisasına “- Biznes inzibatçılığısətrindən sonra “- Aqrobiznessətri əlavə edilsin.

3. “7. Kənd təsərrüfatı ixtisasları qrupubölməsinin “060702 Aqronomluqixtisasına “- Bitki anatomiyası morfologiyasısətrindən sonra “- Ekoloji kənd təsərrüfatısətri əlavə edilsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2017.- 22 sentyabr.- S.1.