Azərbaycan Respublikasının 2018-ci il üzrə dövlət büdcəsinin icmal büdcənin  layihələri sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2018-ci il gələn üç il üzrə iqtisadi sosial inkişaf konsepsiyası proqnoz göstəriciləri haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

¹ 381

Bakı şəhəri, 21 sentyabr 2017-ci il

 

 

Büdcə sistemi haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə  Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin əlaqədar nazirlik, komitə, idarə və təşkilatlarla birlikdə müvafiq dövlət proqramları əsasında hazırladığı “Azərbaycan Respublikasının  2018-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təqdim etdiyi “Azərbaycan Respublikasının 2018-ci il və gələn üç il üzrə iqtisadisosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilsin.

2. Bu sənədlər və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulan müvafiq materiallar Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2017.- 23 sentyabr.- S.3.