Azərbaycan Respublikasında damazlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il  19 avqust tarixli 190 nömrəli qərarında dəyişiklik  edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

¹ 382

Bakı şəhəri, 22 sentyabr 2017-ci il

 

 Damazlıq heyvandarlıq haqqındaAzərbaycan Respub-likasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 715-VQD nömrəli Qanununun tətbiqi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 iyul tarixli 3065 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti

QƏRARA  ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il          19 avqust tarixli 190 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹8, maddə 785; 2015, ¹2, maddə 227) ilə təsdiq edilmişDamazlıq ehtiyatlarının sınağı ekspertizası Qaydaları”nın 3.6-cı bəndindəqanunvericilikdəsözüAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsindəsözləri ilə əvəz edilsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti.- 2017.- 23 sentyabr.- S.3.