“Polis əməkdaşının
maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 383
Bakı şəhəri,
22 sentyabr 2017-ci il
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci
abzasını rəhbər
tutaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
“Polis əməkdaşının maddi
və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qəra-rının (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2000,
¹ 4 (II kitab), maddə
319; 2004, ¹ 1, maddə 51, ¹ 7, maddə 589, ¹ 11, maddə
970; 2005, ¹ 7, maddə 677; 2006, ¹ 9, maddə 830; 2007, ¹ 5, maddə
544; 2008, ¹ 2, maddə 124; 2009, ¹ 11, maddə 937; 2010, ¹ 4, maddə
359; 2011, ¹ 12, maddə 1260; 2014, ¹ 4, maddə 460, ¹ 5, maddələr
565, 593; 2016, ¹ 6, maddə 1212) 1.3-cü bəndinə “təyin etsin” sözləridən sonra “,daxili normativ aktla müəyyən edilmiş
yaş həddinə çatdığına görə
xidmət yeri xüsusitəyinatlı nizami
polis hissələrindən başqa struktur qurumlara dəyişdirilən
əməkdaşların sonuncu
xidmət yeri üzrə vəzifə maaşının saxlanılması
barədə qərar
qəbul etsin” sözləri əlavə
edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.-
23 sentyabr.- S.3.