Uşaqlar üçün valideynlərinin aliment tutulan, manatxarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli qərarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 384

Bakı şəhəri, 22 sentyabr 2017-ci il

 

“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 704-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 3013 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 5, maddə 348; 2004, ¹ 9, maddə 747; 2005, ¹ 12, maddə 1244; 2006, ¹ 9, maddə 819; 2007, ¹ 2, maddə 185; 2008, ¹ 8, maddə 780; 2009, ¹ 10, maddə 857) ilə təsdiq edilmişUşaqlar üçün valideynlərinin aliment tutulan, manatxarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri”nin 2-ci hissəsində “dövlət sosial müdafiə fonduna və digər məcburi ayırmaların ödənilməsi” sözləri “məcburi dövlət sosial sığorta haqqı və digər məcburi ödənişlərin tutulması” sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2017.- 27 sentyabr.- S.2.