Bakı şəhəri 8 nömrəli
tam orta məktəbə Kərim Kərimovun adının
verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 385
Bakı şəhəri,
26 sentyabr 2017-ci il
Azərbaycan
Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası
Təhsil Na-zirliyinin təklifinə əsasən Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1.
Bakı şəhəri 8 nömrəli tam orta məktəbə
kosmonavtikanın inkişafında misilsiz xidmət göstərmiş
general-leytenant Kərim Abbasəli oğlu Kərimovun adı
verilsin.
2.
Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan
Respublikasının Təhsil Nazirliyi bu qərardan irəli gələn
məsələləri həll etsinlər.
3. “Azərbaycan
SSR məktəbinin Əməkdar müəllimi A.S.Loginovun
xatirəsinin əbədiləşdirilməsi haqqında” Azərbaycan
SSR Nazirlər Sovetinin 1959-cu il 20 iyun tarixli 539 nömrəli qərarı
ləğv edilsin.
Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 27 sentyabr.- S.2.