“Gömrük
brokeri haqqında Əsasnamənin təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 1 may tarixli 101 nömrəli
qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
№ 386
Bakı şəhəri, 28 sentyabr
2017-ci il
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respub-likasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Gömrük brokeri haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 1 may tarixli 101 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 5, maddə 343; 2002, № 11, maddə 675) ləğv edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
30 sentyabr.- S.8.