Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2000-ci il 20 noyabr tarixli 207 nömrəli qərarı
ilə təsdiq edilmiş “Təhlükəli
yüklərin dəmir
yolu nəqliyyatı ilə daşınması
Qaydaları”nda dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 387
Bakı şəhəri,
28 sentyabr 2017-ci il
“Lisenziyalar və icazələr haqqında”
Azərbaycan Respub-likasının
2016-cı il 15 mart tarixli
176-VQ nömrəli Qanununun
tətbiqi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
20 aprel tarixli 866 nömrəli Fərmanının
1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2000-ci il 20 noyabr tarixli 207 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 11, maddə 828; 2002, ¹ 11, maddə 675; 2003, ¹ 6, maddə
342; 2006, ¹ 9, maddə 822; 2009, ¹ 8, maddə 675, ¹ 9, maddə
736; 2016, ¹ 9, maddə 1585) ilə
təsdiq edilmiş “Təhlükəli yüklərin
dəmir yolu nəqliyyatı ilə daşınması Qaydaları”nda
aşağıdakı dəyişikliklər
edilsin:
1. 1.1.5-ci
yarımbənddə “Fövqəladə
Hallar Nazirliyindən xüsusi razılığı
(lisenziyası)” sözləri
“Lisenziyası” sözü
ilə əvəz edilsin.
2.
1.2.3-cü yarımbəndin ikinci abzasında “Azərbaycan Respublikası
Fövqəladə Hallar
Nazirliyi tərəfindən
verilmiş xüsusi razılıq (lisenziya) ilə müəyyən edilmiş şərtlərin”
sözləri “lisenziya
şərtlərinin” sözləri
ilə əvəz edilsin.
3.
1.3.3-cü yarımbənd üzrə:
3.1. birinci abzasda
“xüsusi razılıq
(lisenziya)” sözləri
“lisenziya” sözü ilə əvəz edilsin;
3.2. ikinci abzasda
“Fövqəladə Hallar
Nazirliyinin verdiyi xüsusi razılığın
(lisenziyanın)” sözləri
“lisenziyanın” sözü
ilə əvəz edilsin.
4. 1.4.2-ci
yarımbəndin birinci
abzasında “Fövqəladə
Hallar Nazirliyi tərəfindən verilmiş
xüsusi razılığın
(lisenziyanın) seriyasını,”
sözləri “lisenziyanın”
sözü ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.- 30
sentyabr.- S.8.