Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli
229 nömrəli qərarı ilə təsdiq edilmiş
“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin
Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
№ 392
Bakı şəhəri,
28 sentyabr 2017-ci il
“Lisenziyalar və icazələr haqqında”
Azərbaycan Respublikasının
2016-cı il 15 mart tarixli
176-VQ nömrəli Qanununun
tətbiqi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
20 aprel tarixli 866 nömrəli Fərmanının
1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2005-ci il 14 dekabr tarixli 229 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2005, № 12, maddə 1229; 2009, № 10, maddə 846; 2010, № 11, maddə
1039; 2013, № 6, maddə 762; 2014, № 1, maddə 69; 2015, № 12, maddə
1593; 2016, № 6, maddə 1222; Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 3 avqust tarixli 318 nömrəli qərarı)
ilə təsdiq edilmiş “Azəristiliktəchizat”
Açıq Səhmdar
Cəmiyyətinin Nizamnaməsi”nin 3.3-cü bəndi aşağıdakı redaksiyada
verilsin:
“3.3. Cəmiyyət lisenziya və ya icazə
tələb olunan fəaliyyət növlərini
“Lisenziyalar və icazələr haqqında”
Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş
qaydada lisenziya və ya icazə
aldıqdan sonra həyata keçirə bilər.”.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.- 30
sentyabr.- S.9.