“Fitosanitar nəzarəti sahəsində
bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il
25 yanvar tarixli 14 nömrəli qərarında
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
№ 393
Bakı şəhəri,
28 sentyabr 2017-ci il
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il
15 mart tarixli 176-VQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
“Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2007-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2007, № 1, maddə
58; 2009, № 1, maddə 34; 2014, № 10, maddə 1297; 2015, № 2, maddə
219; 2016, № 11, maddə 1949) aşağıdakı
dəyişikliklər edilsin:
1. Həmin qərarla təsdiq edilmiş “Fitosanitar nəzarəti məntəqələrinin yerləşdirilməsi
və fəaliyyəti
Qaydası”nın 5.5-ci
bəndi aşağıdakı
redaksiyada verilsin:
“5.5. Azərbaycan Respublikasının
“Lisenziyalar və icazələr haqqında”
və “Fitosanitar nəzarəti haqqında”
qanunlarına uyğun
olaraq, daxili karantin sertifikatı, bitki və bitkiçilik
məhsullarının ixracına
(təkrar ixracına)
fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatı vermək;”.
2. Həmin qərarla təsdiq edilmiş “Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin
uçot və hesabatının aparılması
Qaydası”nın 4-cü hissəsinin
beşinci abzasında
“, idxalına, satışına
və ya saxlanılmasına” sözləri
“və ya idxalına” sözləri ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
30 sentyabr.- S.9.