Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2007-ci il 11 iyun tarixli
94 nömrəli qərarı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
və qanunvericiliyə uyğun olaraq hava
daşımalarına dair müqavilələrin
rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi Qaydası”nda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 394
Bakı şəhəri,
28 sentyabr 2017-ci il
“Lisenziyalar və icazələr haqqında”
Azərbaycan Respublikasının
2016-cı il 15 mart tarixli
176-VQ nömrəli Qanununun
tətbiqi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
20 aprel tarixli 866 nömrəli Fərmanının
1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2007-ci il 11 iyun tarixli 94 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2007, ¹ 6, maddə 699; 2011, ¹ 4, maddə 373; 2016, ¹ 12, maddə
2221) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
və qanunvericiliyə
uyğun olaraq hava daşımalarına dair müqavilələrin
rəsmiləşdirilməsi və sənədlərin
tərtib edilməsi Qaydası”nda aşağıdakı
dəyişikliklər edilsin:
1.
1.3-cü bənddən “, xüsusi
razılıqlara (lisenziyalara)”
sözləri çıxarılsın.
2. II hissənin dördüncü
abzasında “sertifikat və lisenziyalara” sözləri “icazə və sertifikatlara” sözləri ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
30 sentyabr.- S.9.