Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2009-cu il 1 aprel tarixli 50
nömrəli qərarı ilə təsdiq edilmiş “Biometrik
informasiya xidmətlərinin sahələr üzrə fəaliyyətinin
təşkili və tənzimlənməsi Qaydaları”nda dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı
№ 395
Bakı şəhəri,
28 sentyabr 2017-ci il
“Lisenziyalar
və icazələr haqqında” Azərbaycan
Respub-likasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanının
1.1.4-cü yarımbəndinin icrasını təmin etmək
məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2009-cu il 1 aprel tarixli 50
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009, № 4, maddə 268; 2014, № 6, maddə 747)
ilə təsdiq edilmiş “Biometrik informasiya xidmətlərinin
sahələr üzrə fəaliyyətinin təşkili və
tənzimlənməsi Qaydaları”nın 11.6-cı bəndində
“xüsusi razılıq (lisenziya)” sözləri “lisenziya”
sözü ilə və “Azərbaycan Respublikasının
qanunvericiliyinə” sözləri Azərbaycan
Respublikasının “Lisenziyalar və icazələr
haqqında” və “Biometrik informasiya haqqında” qanunlarına”
sözləri ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 30 sentyabr.- S.9.