Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli
71 nömrəli qərarı ilə təsdiq edilmiş
“Avtomobil nəqliyyatı ilə sərnişin
və yük daşımalarını
yerinə yetirən daşıyıcılar tərəfindən
sərəncamında olan avtonəqliyyat
vasitələrinin texniki vəziyyətinin
reysqabağı
yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi
Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 396
Bakı şəhəri,
28 sentyabr 2017-ci il
“Lisenziyalar və icazələr haqqında”
Azərbaycan Respublikasının
2016-cı il 15 mart tarixli
176-VQ nömrəli Qanununun
tətbiqi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
20 aprel tarixli 866 nömrəli Fərmanının
1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2009, ¹ 4, maddə 288; 2017, ¹ 4, maddə 632) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə
yetirən daşıyıcılar
tərəfindən sərəncamında
olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı
yoxlanılması, sürücülərin
reysqabağı tibbi müayinəsinin keçirilməsi
Qaydası”nın 1.2-ci bəndi
aşağıdakı redaksiyada
verilsin:
“1.2. Bu Qaydanın müddəaları
avtomobil nəqliyyatı
ilə kommersiya məqsədli müntəzəm
və qeyri-müntəzəm
sərnişin daşımalarını,
taksi minik avtomobilləri ilə sərnişin daşımalarını,
habelə beynəlxalq
və ölkədaxili
yük daşımalarını
yerinə yetirən hüquqi şəxslərə
və fərdi sahibkarlara şamil edilir.”.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
30 sentyabr.- S.9.