Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142
nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil
nəqliyyatı ilə yüklərin daşınması
Qaydaları”nda dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı
¹ 397
Bakı şəhəri, 28 sentyabr 2017-ci il
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respub-likasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 9, maddə 746; 2014, ¹ 8, maddə 1013; 2017, ¹ 5, maddə 981) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 2.1.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.1.4. “İcazə” blankı — Azərbaycan Respublikası ilə beynəlxalq avtomobil daşımaları haqqında beynəlxalq müqavilə bağlamış xarici ölkələrin ərazisində beynəlxalq avtomobil daşımalarını yerinə yetirmək üçün avtodaşıyıcılara verilən xarici ölkələrin “İcazə” blankı;”.
2. 6.4-cü bənddən “xüsusi” sözü çıxarılsın.
3. 16.5-ci bəndin birinci cümləsində “karantin xidməti tərəfindən verilən icazəni” sözləri “daxili karantin sertifikatını” sözləri ilə əvəz edilsin.
4. 17.11-ci bənddə “karantin müfəttişliyi tərəfindən verilən icazələri və karantin sertifikatlarını” sözləri “daxili karantin sertifikatlarını” sözləri ilə əvəz edilsin.
5. 48.3-cü bənddə “icazə” sözü “İcazə” blankı” sözləri ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 30 sentyabr.- S.9.