“Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin
və yük daşımalarının həyata
keçirilməsi ilə bağlı bəzi məsələlər
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 dekabr tarixli 244 nömrəli
qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
№ 398
Bakı şəhəri, 28 sentyabr
2017-ci il
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 dekabr tarixli 244 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1125; 2014, № 7, maddə 947; 2016, № 3, maddə 593, № 4, maddə 786; 2017, № 1, maddə 130) ilə təsdiq edilmiş “Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri sürücülərinin iş və istirahət rejiminə dair Qaydalar”ın 5.6-cı bəndi ləğv edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
30 sentyabr.- S.9.