“Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən
konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi
Qaydaları”nın və
“Elektron xidmət növlərinin Siyahısı”nın
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il
24 noyabr tarixli 191 nömrəli qərarında
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
№ 399
Bakı şəhəri,
28 sentyabr 2017-ci il
“Lisenziyalar və icazələr haqqında”
Azərbaycan Respublikasının
2016-cı il 15 mart tarixli
176-VQ nömrəli Qanununun
tətbiqi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
20 aprel tarixli 866 nömrəli Fərmanının
1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
“Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret
sahələr üzrə
elektron xidmətlər
göstərilməsi Qaydaları”nın
və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2011, № 11, maddə
1072, № 12, maddə 1247; 2012, № 1, maddə 40, № 3, maddə
256, № 10, maddə 1016, № 11, maddə
1207; 2013, № 6, maddələr 745, 757, № 7, maddə 868, № 8, maddələr
1005, 1018, № 11, maddə 1466, № 12, maddə 1639; 2014, № 1, maddə
69, № 2, maddələr 191, 201, 207, № 3, maddələr 307, 317, № 4, maddə
449, № 5, maddə 560, № 6, maddələr
733, 747, № 7, maddələr 920, 953, № 10, maddələr 1287, 1319, № 11, maddələr
1505, 1506, № 12, maddə 1656; 2015, № 1, maddə 71, № 4, maddə
465, № 5, maddə 609, № 6, maddə
790, № 7, maddə 893, № 11, maddələr
1415, 1421, № 12, maddə 1573; 2016, № 2 (II kitab), maddələr 367,
384, № 4, maddələr 774, 830, № 5, maddə 955, № 7, maddələr
1340, 1355, 1358, № 8, maddələr 1446, 1448,
№ 9, maddə 1578, № 11, maddə
1928; 2016, № 2, maddələr 2219, 2233; 2017,
№ 2, maddə 277, № 4, maddə
624, № 5, maddələr 972, 986, № 6, maddə 1247; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 iyul tarixli 281 nömrəli və 13 iyul tarixli 287 nömrəli qərarları)
aşağıdakı dəyişikliklər
edilsin:
1. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə
- “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret
sahələr üzrə
elektron xidmətlər
göstərilməsi Qaydaları”nın
Nümunəvi formasının
1.8-ci bəndindən “icazə,
xüsusi razılıq
(lisenziya),” sözləri
çıxarılsın.
2. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə
– “Elektron xidmət növlərinin Siyahısı”
üzrə:
2.1.
2.2-ci, 2.17-ci, 2.18-ci, 8.3-cü, 11.4-cü, 11.5-ci, 15.2-ci (hər iki halda),
15.3-cü, 16.4-cü və 18.1-ci bəndlərdə ismin müvafiq hallarında “xüsusi icazə” sözləri “icazə” sözü ilə əvəz edilsin;
2.2.
38.3-cü bənddə “xüsusi
icazələr” sözləri
“icazələr” sözü
ilə əvəz edilsin;
2.3.
2.3-cü, 4.1-ci bəndlər, 5-ci hissə, 6.4-cü, 6.5-ci, 8.1-ci, 8.2-ci, 9.12-ci,
10.1-10.4-cü, 11.2-ci, 11.3-cü, 12.6-cı, 13.4-cü, 14.5-ci,
14.17-ci, 16.1-ci bəndlər, 20-ci hissə, 27.5-ci bənd,
36-1-ci hissə, 38.2-ci və
39.6-cı bəndlər ləğv
edilsin;
2.4.
2.4-cü bənddə “Qeyri-dövlət
(özəl)” sözləri
“Özəl” sözü
ilə və həmin bənddə “xüsusi razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə əvəz edilsin;
2.5. 4.2-ci
bənddə “Xüsusi
icazələrin” sözləri
“İcazələrin” sözü
ilə əvəz edilsin;
2.6.
8.4-cü bənd aşağıdakı
redaksiyada verilsin:
“8.4. Qazın istehsalına və təbii qazın emalına, neft və neft
məhsulllarının emalına
icazənin verilməsi
üçün müraciətin
və sənədlərin
qəbulu”;
2.7. 8.7-ci
bənddə “Sənaye
qurğularının istismara
buraxılmasına xüsusi
icazənin” sözləri
“Sənaye qaz qurğusunun istismarına icazə” sözləri ilə əvəz edilsin;
2.8. 15.1-ci
bənddə “xüsusi
razılıq (lisenziya)”
sözləri “lisenziya”
sözü ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
30 sentyabr.- S.9.