Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 dekabr tarixli 283 nömrəli
qərarı ilə təsdiq edilmiş “İdxal olunmuş
malların kabotaj daşınması
Qaydası”nda dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 400
Bakı şəhəri,
28 sentyabr 2017-ci il
“Lisenziyalar və icazələr haqqında”
Azərbaycan Respublikasının
2016-cı il 15 mart tarixli
176-VQ nömrəli Qanununun
tətbiqi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
20 aprel tarixli 866 nömrəli Fərmanının
1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 6 dekabr tarixli 283 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2012, ¹ 12, maddə 1347) ilə
təsdiq edilmiş “İdxal olunmuş malların kabotaj daşınması Qaydası”nın
3.5-ci bəndində “Xüsusi
icazə tələb olunan və” sözləri “İxrac nəzarəti haqqında”
Azərbaycan Respublikasının
Qanununa əsasən” sözləri ilə əvəz edilsin və həmin bənddən “qanunvericilikdə
nəzərdə tutulmuş”
sözləri çıxarılsın.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
30 sentyabr.- S.9.