Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2013-cü il
14 oktyabr tarixli 305 nömrəli qərarı
ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən
istehsal, yaxud kommersiya məqsədləri
üçün nəzərdə
tutulmayan malların gömrük sərhədindən
keçirilməsinin güzəştli
və sadələşdirilmiş
Qaydaları”nda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 401
Bakı şəhəri,
28 sentyabr 2017-ci il
“Lisenziyalar və icazələr haqqında”
Azərbaycan Respublikasının
2016-cı il 15 mart tarixli
176-VQ nömrəli Qanununun
tətbiqi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
20 aprel tarixli 866 nömrəli Fərmanının
1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2013-cü il
14 oktyabr tarixli 305 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2013, ¹ 10, maddə 1223; 2015, ¹ 4, maddə 464, ¹ 5, maddə
624; 2016, ¹ 1, maddə 177, ¹ 7, maddə 1347) ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal,
yaxud kommersiya məqsədləri üçün
nəzərdə tutulmayan
malların gömrük
sərhədindən keçirilməsinin
güzəştli və
sadələşdirilmiş Qaydaları”nda aşağıdakı
dəyişikliklər edilsin:
1. 1.2-ci bənddə “xüsusi razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə əvəz edilsin və həmin bənddən “(bu Qaydaların 2.1.10-cu yarımbəndində
nəzərdə tutulmuş
hallardan başqa)” sözləri çıxarılsın;
2.
1.6-cı bəndin birinci
cümləsində “xüsusi
icazə” sözləri
“icazə” sözü
ilə əvəz edilsin və həmin bənddən “(xüsusi razılıq)” sözləri çıxarılsın.
3. Qaydalara 1 nömrəli əlavə - “Fiziki şəxslər tərəfindən
Azərbaycan Respublikasının
gömrük sərhədindən
keçirilərkən yazılı
formada bəyan edilməli olan malların Siyahısı”nın
7-ci hissəsində “xüsusi
razılıq (lisenziya)”
sözləri “lisenziya”
sözü ilə əvəz edilsin.
4. Qaydalara 2 nömrəli əlavə – “Azərbaycan
Respublikasının müvafiq
dövlət orqanları
tərəfindən verilmiş
icazə sənədləri
təqdim edilməklə
sadələşdirilmiş qaydada gömrük sərhədindən keçirilən
və beynəlxalq poçt göndərişləri
vasitəsilə alınan
(göndərilən) mallar”
üzrə:
4.1. 2-ci hissədən “xüsusi” sözü çıxarılsın;
4.2.
3-cü hissədə “qanunvericiliklə
müəyyən edilmiş
sənədləri əsasında
heyvanlar, baytarlıq preparatları və ləvazimatları” sözləri
“verdiyi beynəlxalq baytarlıq sertifikatı əsasında heyvanlar, heyvan mənşəli məhsullar və xammal” sözləri ilə və “qanunvericiliklə müəyyən
edilmiş sənədləri”
sözləri “verdiyi pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin
dövlət qeydiyyatı
haqqında şəhadətnamə,
fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatı” sözləri
ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.- 30
sentyabr.- S.9.