“Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli
Cəmiyyətinin Nizamnaməsinin və strukturunun
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2014-cü il 13 fevral tarixli
44 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 402
Bakı şəhəri, 28 sentyabr
2017-ci il
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 fevral tarixli 44 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 2, maddə 199; 2016, ¹ 3, maddə 582) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi”nin 2.5-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“2.5. Cəmiyyət lisenziya və ya icazə tələb olunan fəaliyyət növlərini “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada lisenziya və ya icazə aldıqdan sonra həyata keçirə bilər.”.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
30 sentyabr.- S.9.