İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

¹ 534           

      Bakı şəhəri, 30 dekabr 2016-cı il

 

 

İri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində fiskal dayanıqlılığın təmin olunması, gəlirlərin və xərclərin proqnozlaşdırılmasına və icrasına nəzarətin daha da gücləndirilməsi, habelə   bu sahədə idarəetmənin təkmilləşdirilməsi və şəffaflığın  artırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

1. “Gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin Siyahısı” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının tərtibi Qaydası” təsdiq edilsin (2 nömrəli əlavə).

3. “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinq aparılması Qaydası” təsdiq edilsin (3 nömrəli əlavə).

4. Bu qərarın 1-ci hissəsi ilə təsdiq edilən Siyahıda sadalanan iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarına baxılma və həmin smetaların təsdiq edilməsi üzrə aşağıdakı tərkibdə Komissiya yaradılsın:

Komissiyanın sədri

Yaqub EyyubovAzərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri:

Şahin MustafayevAzərbaycan Respublikasının iqtisadiyyat naziri

Samir Şərifov  Azərbaycan Respublikasının maliyyə naziri

Fazil MəmmədovAzərbaycan Respublikasının vergilər naziri

Elman RüstəmovAzərbaycan Respublikası Mərkəzi Bankının sədri

Rüfət Aslanlı   Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri.

5. Komissiyanın cari fəaliyyətinin təşkili məqsədi ilə Komissiyanın Katibliyi yaradılsın və Katibliyin funksiyalarının həyata keçirilməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə edilsin.

6. Müəyyən edilsin ki:

6.1. iri dövlət şirkətləri növbəti ilin gəlirlər və xərclər smetalarının ilkin layihələrini hər il iyulun 1-dək Komissiyanın Katibliyinə təqdim edir;

6.2. Komissiya təqdim olunmuş layihələrin müzakirəsini və qiymətləndirilməsini həyata keçirir və müvafiq düzəlişlərin aparılması zərurəti yarandıqda, həmin layihələri hər il sentyabr ayının 15-dək iri dövlət şirkətlərinə qaytarır;

6.3. iri dövlət şirkətləri, Komissiyanın rəyi nəzərə alınmaqla, gəlir və xərclər smetaları layihəsində düzəlişlər edərək, layihəni sentyabr ayının 25-dək Komissiyanın Katibliyinə təqdim edir;

6.4. Komissiya hər il noyabr ayının 1-dək iri dövlət şirkətlərinin gəlir və xərclər smetalarını təsdiq edir;

6.5. iri dövlət şirkətləri təsdiq olunmuş gəlirlər və xərclər smetalarının rüblük icrası barədə hesabatı hər rübdən sonra 30 gün ərzində, illik icrası barədə hesabatı isə hər il aprel ayının 1-dək Komissiyaya təqdim edir;

6.6. Komissiya altı ay müddətində bu qərarın 6.5-ci bəndinə əsasən təqdim olunmuş gəlir xərclər smetalarının illik icrası barədə hesabatların təhlilini, qiymətləndirilməsini monitorinqini aparır, bu barədə arayış hazırlayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

6.7. gəlirlər xərclər smetaları təsdiq edildikdən sonra iri dövlət şirkətlərinin gəlirlər xərclərində Komissiya ilə razılaşdırılmaqla dəyişikliklər edilə bilər.

7. “İri dövlət vergi ödəyicilərinin gəlirlər xərclər smetaları haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 9 iyun tarixli 102 nömrəli qərarı ləğv edilsin.

 

Artur RASİ-ZADƏ

Azərbaycan Respublikasının Baş naziri

 

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə  www.cabmin.gov.az www.xalqqazeti.com saytlarında tanış  ola bilərsiniz.

 

Xalq qəzeti.- 2017.- 7 yanvar.- S.1.