“Qiymətli
kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin
səhmdarı ola bilməyən şəxslərin
qeydiyyata alındığı ofşor zonaların Siyahısı”nın təsdiq
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 1
Bakı şəhəri,
6 yanvar 2017-ci il
“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 566 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı” təsdiq edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ
Azərbaycan
Respublikasının Baş naziri
Qeyd: Qərara edilmiş
əlavələrin tam mətni ilə www.cabmin.gov.az və
www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.
Xalq qəzeti.- 2017.-
7 yanvar.- S.1.