Bakıda Milad bayramı

münasibətilə qəbul təşkil edilib

 

Yanvarın 9-də Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası Milad bayramı münasibətilə qəbul təşkil edib.

 

Qəbulda çıxış edən Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Milad bayramı münasibətilə təbriklərini çatdırıb. O, Milad bayramının Azərbaycanda yüksək səviyyədə keçirildiyini, bu bayramda hazırda müasir dünyamız üçün mühüm aktuallıq kəsb edən sülhə çağırış olduğunu vurğulayıb.

Azərbaycanın multikulturalizm və tolerantlıq sahəsində bütün dünyaya nümunə olduğunu bildirən arxiyepiskop deyib ki, multikulturalizm ölkəmizdə dövlət siyasətinin tərkib hissəsidir. O, Azərbaycanda “Multikulturalizm ilinin uğurla başa çatdığını deyib. Prezident İlham Əliyevin Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlamasını yüksək qiymətləndirən Aleksandr ölkəmizdə tolerantlığın yaşayış tərzi olduğunu vurğulayıb. O, Azərbaycanda müxtəlif millətlərə və dinlərə mənsub insanların sülh şəraitində yaşadıqlarını bir daha diqqətə çatdırıb.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Prezident İlham Əliyevin Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubunu oxuyub.

Təbrik məktubunda qeyd edilir ki, müstəqil Azərbaycan Respublikası bu günöz tolerantlıq və multikulturalizm ənənələrinə sadiqdir. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları beynəlxalq prinsiplərə əsaslanan hüquq və azadlıqlara, o cümlədən vicdandini etiqad azadlığına malikdir. Ölkəmizdə yaşayan bütün etnik azlıqlara öz dini-mənəvi dəyərlərini, milli adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün bərabər demokratik şərait yaradılıb.

Vurğulanır ki, çoxkonfessiyalı və çoxmillətli Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olan xristian icması həmişə olduğu kimi, bu gün də, sabah da ölkəmizin tərəqqisi və inkişafı naminə öz vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirəcək.

Sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin təbrik məktubu oxunub.         

 

AZƏRTAC

 

Xalq qəzeti.- 2017.- 10 yanvar.- S.3.