Zərdabi ömrünün bədii salnaməsi, yaxud

“İşığa gedən yol”un tarixi həqiqətləri

 

Söhbət tanınmış yazıçı-jurnalist, nüfuzlu ədəbiyyatşünas Sona xanım Vəliyevanın “İşığa gedən yol” romanından gedir. Ötən il işıq üzü görmüş və ədəbi-mədəni aləmdə hadisəyə çevrilmiş bu fundamental əsər dərhal ziyalılar arasında böyük əks-səda doğurdu.

 

Böyük Həsən bəy Məlikzadə Zərdabinin nəsillərə örnək olan həyat yoluna iri planda işıq salan irihəcmli romanın ilk oxucularından biri, üstəlik, görkəmli maarifçi- mütəfəkkirin zəngin irsini yarım əsrdən artıq müddətdə tədqiq etmiş qocaman zərdabişünas kimi mən də zamanın sifarişini cavablandıran bu qalın və sanballı kitabı böyük maraqla, dərindən təsirlənərək oxuyub başa çatdırdım. Romanın Həsən bəyin həyat və yaradıcılığının bədiiləşmiş təsvirinə həsr olunmuş ilkböyük əsər olduğunu yəqin edib çox sevindim.

Etiraf edim ki, Həsən bəy  Zərdabinin elmi-publisistik yaradıcılığının və ictimai fəaliyyətinin fəlsəfi əsasları ilə bağlı gənclik illərimdə namizədlik və doktorluq dissertasiyaları müdafiə etsəm də, illər boyu silsilə məqalələr yazsam da, bu mövzunun dərinliyi və genişliyi  gələcəkdə Həsən bəyin həyatı və irsi ilə bağlı daha əhatəli araşdırmalar aparılacağına, müxtəlif səpkili əsərlər yaradılacağına məndə həmişə böyük inam yaradıb. Buna görə də Zərdabi ilə bağlı ortaya çıxan hər bir məqalə, kitab mənim xüsusi marağıma səbəb olmuş, yeni dəyərli əsərin yaranmasına ürəkdən sevinmişəm. Sona xanımın “İşığa gedən yol” romanını mütaliə edərkən xüsusi sevinc hissi yaşadım. Bu da səbəbsiz deyildi.

 Mən Zərdabi irsini, əsasən, fəlsəfi cəhətdən araşdırdığımdan onun həyat və yaradıcılığına aid bir çox təfərrüatlar, təfsilatlar diqqətimdən kənarda qalırdı. Lakin bunların araşdırılmasını daim zəruri saymışam. Düzü, Sona xanımın Həsən bəyin həyat və yaradıcılığının geniş bədii mənzərəsini yaradan romanını oxuyarkən Zərdabi ilə bağlı məndə yaranmış narahatlıq bir çox cəhətdən aradan qalxdı. Romanı oxuya-oxuya Həsən bəy Zərdabinin ömür yoluna boyaboy işıq salan əsərdə yer alan fakt və hadisələri, təfsilat və təfərrüatları yenidən yaşamalı oldum. Zərdabi dövründə baş vermiş tarixi proseslərin, Azərbaycanda cərəyan etmiş maarifçilik hərəkatının, xalqımızın mədəni-mənəvi, intellektual inkişafının ümumi mənzərəsi təsəvvürümdə bir daha canlandı.

Roman əvvəldə dediyim kimi, irihəcmlidir. Sona xanım indiyəcən vərdiş etdiyimizfəsillərbölgüsündən kənara çıxaraq, əsərin əsas bölmələrini müvafiq illər, aylar üzrə sıralayıb. Məsələn, “İyul, 1848-ci il, Kür çayının sahilləri”, “1852-ci il, iyul-avqust”, “1856-cı il, Zərdab s. Bu təqdimat əsərin sonuna qədər davam edir. Belə üslub oxucunun diqqətini Həsən bəy Zərdabinin həyatı yaradıcılığı ilə bağlı müəyyənedici rol oynayan konkret ayların, illərin hadisələri, faktları üzərində cəmləşdirməyə imkan verir.

Bölmələr bir-birini əvəz etdikcə, oxucunun xəyalında Həsən bəyin həyatının yaşadığı mühitin çox aydın, əhatəli inandırıcı mənzərəsi canlanır. Sanki, müəllif Zərdabini onun müasiri kimi doğma kəndindən başlanan işığa doğru gedən ömür yolunuaddım-addım izləyir böyük mütəfəkkirin həyat mübarizəsinin maraqlı epizodlarını incəliyinə qədər qələmə alır. İlk dəfə olaraq, bu əsərdə Zərdabinin ailə şəcərəsibabası Rəhim bəy, atası Səlim bəy, anası Mənzər xanım,  qardaşları, qohum-əqrəbası barədə müfəssəl bilgi verilir.

İllər boyu zərdabisevərlərdə, elə onun araşdırıcılarının özündə belə sual yaranıb: necə oldu ki, Zərdab kimi gözdən-qulaqdan uzaq bir kənddən Həsən bəy kimi ətraf aləmə işıq salan böyük bir maarifçi, ictimai həyatın  bir sıra yönlərində sivil əsaslar yaradan həqiqi xalq xadimi, dərin bilikli təbiətşünas çıxıb? Müəllif bu sualı, sanki, cavablandırırmış kimi, həmin fenomenal hadisənin haradan necə qaynaqlandığını ardıcıl araşdırmışdır. Həsən bəyin boya-başa çatdığı ailədəki mədəni mühitin, maarifçilik ab-havasının, babası Rəhim bəyin atası Səlim bəyin təkcə Zərdabın deyil, ətraf bölgənin nüfuzlu, kübar insanları olmasının dolğun bədii boyalarla oxucuya təqdim olunması həmin suala xeyli dərəcədə aydınlıq gətirir.

Həsən bəyin Zərdabda molla yanında dərsdən uzaqlaşaraq Şamaxıdakı dördsinifli rus məktəbində, sonra Tiflis gimnaziyasında əla qiymətlərlə oxuması, dövlət hesabına Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini elmlər namizədi dərəcəsi ilə bitirməsi onu gələcəyin milli maarifçisi kimi yetişdirir.

Beləcə yazıçı-alim Həsən bəy Zərdabinin həyatının yaradıcılığının diqqətçəkən, mühüm, təyinedici rol oynayan hər bir məqamının mənzərəsini təfsilatı ilə təsvir edir. Müəllif geniş elmi araşdırmaların nəticələrini  əlvan bədii təqdimata çevirməyi bacarır, Həsən bəyin həyat fəaliyyətinin bədiiləşmiş salnaməsini məharətlə yaratmağa nail olur. Bu da zərdabisevərlərin romanı oxumaq həvəsini marağını qat-qat artırır. Bir neçə konkret məqam üzərində dayanmaq istərdim.

Oxucularımıza məlumdur ki, Həsən bəy Zərdabi xeyriyyə cəmiyyətini yaradarkən, Azərbaycanın bir çox şəhərlərinə, bölgələrinə səyahət edir. Sona xanım bu misilsizxeyriyyə marafonu”nun da əhatəli mənzərəsini yaradır. Bununla oxucunun təsəvvüründə Həsən bəyin bədii obrazının ən mühüm cizgiləri canlanır.

Zərdabinin mükəmməl obrazı onun ömür yolunun bir sıra məqamlarının konkret hadisələr, əhvalatlar fonunda bədii dövriyyəyə cəlb olunması ilə daha da dolğunlaşır. Sona Vəliyevanın yaratdığı bədii tablolar əsasındaişığa gedən yol”un hüdudları gen-bol göz önündə canlanır. Həsən bəyin evlənmə tarixçəsi bu tablolar içərisində ən təsirlilərindəndir.  TiflisdəMüqəddəs Nina” qızlar məktəbinin yetirməsi olan balkar qızı Hənifə xanım Abayevanı müəllifin  bədii təqdimatında Həsən bəy Zərdabinin nəinki ömür-gün yoldaşı, eyni zamanda, maarifçilik fəaliyyətində sadiq köməkçisi,  zərif mərd türk qadını kimi görürük.

Xatırladaq ki, “milli ziyalı qadınlarımızın anasıtitulunu qazanmış bu nurlu insan həm Bakıda açılmış qız məktəbinin müdirəsi olmuş, Həsən bəyin vəfatından sonra da uzun müddət maarifçilik işini davam etdirmişdir. Hənifə xanım Həsən bəyin Pəri, Midhət, Səffət, Qəribsoltan kimi yüksək ideallarla tərbiyələnmiş övladlarının anası idi. Yazıçı Həsən bəyin Hənifə xanımın ailəsi ilə bağlı çox təsirli ibrətli bədii lövhələr yaradıb. Oxucu bu müqəddəs ailənin övladlarının yeni Azərbaycan mədəniyyətinin təşəkkülü prosesində yaxından iştirakını  böyük sevgi təqdirlə izləyir.

Sona xanım Həsən bəyin maarifçilik fəaliyyətini ardıcıl bədii-elmi araşdırmadan keçirir, bu misilsiz xidmətin ən maraqlı, diqqətçəkən yönlərini bədii boyalarala oxucuların nəzərinə çatdırır.Əkinçiqəzetinin nəşri dövründən tutmuş 16 illikZərdabdakı sürgün illəri”nə, Bakıya qayıdandan sonra ömrünün sonunadəkKaspiqəzetində şəhər dumasında davam etmiş coşqun fəaliyyətədək  Həsən bəyin ictimai həyatının publisistik yaradıcılığının heç bir mühüm anı müəllifin diqqətindən kənarda qalmayıb. Bir çox hallarda Sona xanımsözü Həsən bəyin özünə verir”, onun əsərlərindən parçaları ustalıqla bədii mətnə qoşur.

Böyük maarifçi şair Seyid Əzim Şirvani ilə bağlı bədii tablolar, görkəmli ədib ictimai xadim Nəriman Nərimanovun, Həsən bəyin kürəkəni, Rusiya imperiyasında türk-müsəlman elitasının öncülü Əlimərdan bəy Topçubaşovun bədii obrazları oxucunu dərindən həyəcanlandırır, ciddi düşündürür. Əsərdə bu işıqlı şəxsiyyətlərlə yanaşı, milli burjuaziyanın lideri, Həsən bəy Zərdabi ilə sıx dostluq əlaqələri saxlamış xeyriyyəçi-milyonçu Hacı Zeynalabdin Tağıyevin gerçək ştrixlərlə işlənmiş portreti layiqli yer alıb.  Zərdabi ailəsinin yaxın dostu, böyük maarifçi, Krım türklərinin lideri İsmayıl bəy Qaspralı ilə bağlı tarixi epizodların əsərə  daxil edilməsi Həsən bəy Zərdabinin ömür yolunun kifayət qədər dolğun əks etdirilməsinə xidmət edir.

Həsən bəy Zərdabinin həyat yaradıcılığından bəhs edən çoxsaylı mənbələr içərisində orijinallığı, təsirliliyi mükəmməlliyi ilə seçilənİşığa gedən yolromanı zərdabisevərlərə, eyni zamanda, zərdabişünaslığa Sona xanım Vəliyevanın sanballı layiqli töhfəsidir.

 

İzzət RÜSTƏMOV,

BDU-nun kafedra müdiri,

fəlsəfə elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2017.- 14 yanvar.- S.6.