Mətbu sözün işığında...

 

Maraqlı inkişaf yolu keçən milli mətbuatımızda tarixən zəngin qəzetçilik ənənələri yaranıb. Azərbaycan jurnalistlərinin hər yeni nəsli bu ənənələri qoruyaraq yaşatmağa çalışır. Oxucuların qələminə, əqidəsinə rəğbət bəslədikləri, həmkarları dostları arasında isə həm də şəxsi, insani keyfiyyətlərinə görə də sayılıb-seçilən təcrübəli jurnalistlərdən biri  Azərbaycan Respublikasıının Əməkdar mədəniyyət işçisi Məsaim Abdullayevdir.

 

 Məsaim 1957-ci ilin yanvarında Quba rayonunun Birinci Nügədi kəndində ana dili və ədəbiyyatı müəllimi Hacıxan Abdullayevin ailəsində özündən sonrakı beş bacı və qardaşının ilki olaraq dünyaya göz açıb. Bu ailənin bütün övladları ali təhsil alaraq, 10 il əvvəl həyatdan köçmüş atalarının sadə, şərəfli müəllim sənətini bu günuğurla davam etdirirlər. Təkcə Məsaim hələ uşaq yaşlarından qəzetçilik peşəsinin cazibəsinə düşərək, 40 ilə yaxındır ki, bu sahədə “külüng çalır”.

1973-cü ildə orta məktəbi bitirib sənədlərini  Bakı Dövlət Universiteninin jurnalistika fakültəsinin əyani şöbəsinə verdi. O illərdə jurnalistika fakültəsinə qəbul imtahanlarında müsabiqə üzrə keçid balı çox yüksək olsa da, Məsaim birinci cəhddən bu çətin sınaqdan uğurla çıxdı. Mən onu hələ tələbəlik illərindən tanıyıram. Jurnalistika fakültəsi yığcam fakültə idi, tələbə kontingenti bir o qədər böyük deyildi.

Yadımdadır, Məsaim ikinci  kursu bitirəndə fakültədə əlaçı tələbələr üçün təsis olunan Cəfər Cabbarlı təqaüdünə layiq görüldü. Bu təqaüdə daha iki professor övladı iddiaçı idi. İnsaf naminə demək lazımdır ki, onlar da əla oxuyurdular. Lakin fakültənin o vaxtkı dekanı, professor Şirməmməd Hüseynov üstünlüyü “kənd müəlliminin oğlunaverdi. Bir il sonra isə ona yenidən etimad göstərib, təhsilini davam etdirmək üçün M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə (MDU) göndərdilər.

 Məsaim burada da fərqlənə bilmişdi. Belə ki, o, MDU-da Azərbaycanı təmsil etdiyini heç vaxt unutmadı orta məktəbdə doğma dildə təhsil almasına baxmayaraq, gecəsini-gündüzünə qatıb universiteti fərqlənmə diplomu ilə bitirdi. Bakıya qayıdandan sonra təyinatını Azərbaycan KP MK-nın orqanı olan, o illərdəKommunist”dən sonra ikinci nüfuzlu mətbu nəşr sayılanBakinski raboçiqəzetinə verdiər.

O, burada əvvəlcə  kənd təsərrüfatı şöbəsində ədəbi işçi, bir müddət sonra isə qəzetin Mil-Araz zonası üzrə xüsusi müxbiri vəzifəsində çalışdı. O illər Azərbaycanın aqrar sektorunda da sürətli inkişaf baş verirdi. Gənc jurnalist istehsal sahəsindəki uğurlarla bərabər, Azərbaycan kəndinin mədəni həyatını, yaşayış düçüncə tərzini rusdilli oxuculara həvəslə çatdırmağa cəhd edirdi.

Səksəninci illərin sonlarında Dağlıq Qarabağda erməni separatçıları Kremlin gizli razılığı ilə vilayətin Ermənistana birləşdirilməsi niyyəti ilə kütləvi nümayişlərə başladılar. Məsaim qəzetin baş redaktoru Gennadi Qluşkova müraciət edərək qəzetin Beyləqanda yerləşən müxbir postunu Cəbrayıla köçürməyə icazə verməsini xahiş etdi. Təcrübəli redaktor Qarabağa daha yaxın olmağı arzulayan bölgə müxbirinin arqumentinə etiraz etmədi.

Bakinski raboçiqəzetinin bölgə müxbiri təkcə Cəbrayılda, eləcə Dağlıq Qarabağla Ermənistanla digər həmsərhəd rayonlarımızFüzuli, Zəngilan, Laçın Qubadlı rayonlarında baş verən hadisələri indi daha yaxından izləyir, erməni quldurlarının  törətdikləri vəhşilkilər barədə qəzetdə operativ reportajlar dərc etdirirdi.

M.Abdullayev bu yazılarda sərhədlərimizi qoruyan igid döyüşçülərdən ürəkdolusu bəhs edirdi. Onun o dövrdə oxuduğum zarisovkalarının birinin məzmunu yadımdan bu gün çıxmayıb.

Dağlıq Qarabağda, xüsusilə sərhəd rayonlarda dinc azərbaycanlı ailələrin vəziyyəti gündən-günə ağırlaşırdı. Ermənilər Moskvadakı havadarlarının hərtərəfli dəstəyindən yararlanaraq azğınlaşmışdılar. Kreml, Sovet ordusu açıq-aşkar ermənilərə arxa dururdu. Ağır döyüşlərdə igid, qeyrətli oğullarımız şəhid olur, kəndlərimiz yağmalanır, itkilərimiz artırdı. M.Abdullayev qələmi ilə sərhədlərimizi qoruyan igidləri ruhlandırmağa çalışırdı. O, milis kapitanı Zahid Əhmədov, Azərbaycan Memarlıq İnşaat Universitetinin tələbəsi Fuad Əsədov,  15 yaşlı məktəbli partizanTiqana” (əsl adı Samir Əliyev idi), Milli Qəhrəman Kazım Məmmədov başqa yaxından tanıdığı, çoxu ilə şəxsən dostluq etdiyi cəbrayıllı şəhidlər barədə ilk zarisovka oçerklərini məhz o qanlı-qadalı illərdə qələmə alıb.

 Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə xalqımızın öz istiqlalına olan ümidləri gücləndi. Dahi siyasətçinin rəhbərliyi ilə 1990-cı illərin ortalarından etibarən Azərbaycanda vüsət alan milli dövlətçilik quruculuğu prosesinə ölkə mətbuatı, onun aparıcı nümayəndələri cəlb olundular. M.AbdullayevÜlfət”, “Panorama” qəzetlərində, “AzərTACdövlət informasiya agentliyində çalışdığı 1993-1998-ci illərdə öz qələmi ilə dövlətçiliyimizin möhkəmlənməsi, milli-mənəvi, əxlaqi dəyərlərimizin təbliği üçün yorulmadan çalışdı.

O, 1998-ci il sentyabrın 30-da “Xalq qəzeti”nin daxili xarici informasiya redaksiyasının redaktoru təyin olundu o vaxtdan 2019-cu ildə 100 yaşı tamam olacaq bu qocaman qəzetin redaksiyasında çalışır. Təcrübəli jurnalist hazırda, demək olar ki, hər gün ölkəmizdə xarici ölkələrdə baş verən aktual hadisələr barədə operativ, müxtəlif janrlarda  yazılar hazırlayır. Rus ingilis dillərini yaxşı bildiyi üçün onun vaxtaşırı maraqlı tərcümələri   qəzetin səhifələrində yer alır.   

Qeyd etmək lazımdır ki, M.Abdullayev son dövrdə bir neçə il əsas yerindən ayrılmadan pedaqoji fəaliyyətlə məşğul olub. Belə ki, bir müddət Bakı Dövlət Bakı Avrasiya universitetlərindəXarici ölkələrin mətbuatı tarixifənnindən mühazirələr oxuyub. Bu yaxınlarda isə Azərbaycanda xarici ölkələrin jurnalistikası tarixinin öyrənilməsi sahəsində dərsliklərin az olmasını nəzərə alaraq, Aida Adilqızı ilə birlikdə “ABŞ mətbuatının tarixikitabını yazaraq nəşr etdirib.

Məsaim Abdullayev mətbuatın cəmiyyətdə pozitiv gücünə inanan, peşəsinə sədaqətlə xidmət edən, onun təəssübünü çəkən, bir sözlə, ləyaqətli bir ziyalı ömrü yaşayan cəfakeş qəzetçilərdəndir. Bu günlərdə 60 yaşının tamam olmasına baxmayaraq, o, yenə əvvəlki şövq ilə mətbu sözün işığında yol gedir. Bu şərəfli yolda köhnə dostuma yeni uğurlar arzulayıram. 

 

İsaq ƏMƏNULLAYEV

 

Xalq qəzeti.- 2017.- 15 yanvar.- S.7.