İdrakliseyi yeni

layihəsini təqdim etdi

 

Bu münasibətlə “Park İnn” hotelində keçirilən mərasimi İctimai TV-nin  əməkdaşı Orxan Cabbarlı açaraq, son illər Azərbaycanda həyata  keçirilən təhsil islahatlarının müsbət nəticələrindən  danışdı. Bildirdi ki, təhsilə informasiya texnologiyalarının  gətirilməsi müasir  dövrün başlıca istiqamətlərindəndir. Bu gün  təqdim olunan yeni layihə də  bu sahədə  görülən işlərin davamıdır.

 

Sonra layihənin müəllifi “İdrakliseyinin direktoru, pedaqoji  elmlər  doktoru, professor  Mönsüm  Alışov  layihə barədə  geniş məlumat  verdi.  Bildirdi ki, bütün dövrlərdə öyrədənlə (müəllim) öyrənənlər (şagirdlər) arasında öyrənmə prosesini səmərəli, keyfiyyətli təşkil etmək, tədris materialının şagirdlərin yaddaşında uzun müddət qalmasına çalışmaq və onların təfəkkürünü fəallaşdırmaq, idrak fəaliyyətini təmin etmək məktəbin əsas vəzifəsi olmuşdur. Tədris materialı öyrədən tərəfindən şifahi olaraq izah edilir, bu da mənimsəməni 10-15 faiz  təmin edə bilir. Amma uzun illər elmi-pedaqoji fəaliyyətim dövründə qazandıgım təcrübəyə əsasən deyə bilərəm ki, tədris materialının, eyni zamanda, həm göz, həm eşitmə yaddaşı vasitəsilə şagirdlərə ötürülməsi 85-90 faiz mənimsəməni təmin edə bilir. Bu məsələni həm öz elmi araşdırmalarım, həm də dünya pedaqoq və psixoloqlarının gəldiyi qənaət sübut etmişdir. Böyük Aristotel demişdir: “Təfəkkür prosesi heyrətdən başlayır, sonra idrak prosesi işə düşür”.

Direktor  qeyd etdi ki, uzun illər praktik-fəaliyyətim dövründə hazırlayıb reallaşdırdığım bu layihədə liseyimizdə yeni təlim texnologiyalarının, kompüter, “agıllı lövhə”, internet və digər multimedia vasitələrinin, rəngli və animasiyalı təqdimatların tədris prosesinə tətbiqinin nə dərəcədə faydalı və səmərəli olması haqqında məlumat veriləcək. Bundan əlavə, diqqətinizi cox mühüm bir faktorabütün fənlər üzrə “agıllı lövhə” vasitəsilə elektron dərs bazasının yaradılmasın – “45 dəqiqəlik dərs” məhdudiyyətinin aradan qaldırılmasına yönəltmək istəyirəm. Daha dəqiq desək, liseydə dərs zamanı təqdim olunan yeni dərs mövzularının izahı lövhənin yaddaşına yazılır.

45 dəqiqə müddətində, yəni bir akademik saat ərzində izahı dərindən mənimsəməyə imkan tapmayan şagird istənilən vaxt, istənilən yerdə internet vasitəsilə liseyin baza yaddaşına müraciət edib dərsin izahını təkrar-təkrar izləyə bilər. Bu proses şagirdlər üçün çox böyük imkanlar açır. Hər hansı bir səbəbdən məktəbə gələ bilməyən şagirdlər də bu yolla tədris materialını mənimsəmək imkanı qazanırlar.

Layihə rəhbəri  dedi ki, elektron lövhənin daha bir üstünlüyü bundadır ki, müəllimlər də istənilən vaxt dərslərin keyfiyyətini artırmaq məqsədilə yaddaşdakı tədris resursları ilə, animasiyalar, videomateriallar vasitəsilə tədris materialını zənginləşdirə bilərlər. Göründüyü kimi, həm öyrədənlər, həm də öyrənənlər üçün zaman və məkan məhdudiyyəti tamamilə aradan qalxır.

M.Alışov daha  bir  məqama  diqqət çəkərək bildirdi ki, lövhələrin bu şəkildə istifadəsi həm də növbəti illərdə tətbiq olunması nəzərdə tutulan distant (məsafədən) təhsilin inkişafı yolunda atılan bir addımdır. Bütün bunlarİdrak” liseyində təhsilin yeni bir pilləsini formalaşdırmaga imkan verir. Xalqın, millətin gələcəyi onun gənclərindən, yetişməkdə olan nəslin inkişafından asılıdır. Ulu öndər Heydər Əliyevin çox müdrik bir kəlamını xatırlatmaq yerinə düşər: “Böyük dövlət, kiçik dövlət yoxdur. Dövlətin gücü onun vətəndaşlarının intellektual səviyyəsi ilə ölçülər.”

Direktor  özəl təhsilin inkişafına  münbit şərait yaratdığına, ölkədə sahibkarlığın inkişafına yüksək qayğı göstərdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi.

Sonra  layihənin təqdimatı oldu. Təqdimatdan sonra çıxış edənlər layihənin  milli təhsilimizin inkişafına müsbət təsir göstərəcəyini, gələcəkdə  bütün məktəblərdə  tətbiqinin vacibliyini vurğuladılar.

Mərasimdə “İdrakliseyinin müəllimləri  öz fənləri üzrə dərsləri interaktiv şəkildə iştirakçılara  təqdim etdilər.

Yüksək səviyyədə təşkil olunan mərasimdə  məktəb direktorları, liseydə  təhsil alan  şagirdlərin valideynləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2017.- 15 yanvar.- S.7.