“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nın və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2012-ci  il  12  yanvar  tarixli  5 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

¹ 8

Bakı şəhəri, 16 yanvar 2017-ci il

 

“ASAN Viza” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 1, maddə 29; 2013, ¹ 8, maddələr 999, 1033; 2014, ¹ 5, maddə 561, ¹ 6, maddə 747; 2016, ¹ 8, maddə 1453, ¹ 9, maddə 1585) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3.6-cı bəndə “verilməsi üçün” sözlərindən sonra “, habelə elektron viza verilməsi ilə əlaqədar” sözləri əlavə edilsin.

2. 3.6.3-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.6.4-cü yarımbənd əlavə edilsin:

“3.6.4. elektron viza verilməsi prosesində isə “ASAN Viza” sistemindən təqdim edilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ərizə-anket məlumatları və sərhədkeçmə sənədlərinin fotoşəkil olan səhifəsinin skan edilmiş surəti, habelə elektron viza verilməsi və ya verilməsindən imtina edilməsi ilə bağlı məlumatlar real vaxt rejimində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə göndərilir.”.

3. 6.5.2.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.5.2.6-cı yarımbənd əlavə edilsin:

“6.5.2.6. “ASAN Viza” sistemindən “Viza” altsisteminə təqdim edilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ərizə-anket məlumatları və sərhədkeçmə sənədlərinin fotoşəkil olan səhifəsinin skan edilmiş surəti, habelə elektron viza verilməsi və ya verilməsindən imtina edilməsi ilə bağlı məlumatlar.”.

4. Aşağıdakı məzmunda 6.6.4.1-1-ci yarımbənd əlavə edilsin:

“6.6.4.1-1. “ASAN Viza” sistemi;”.

5. 6.7.4.2-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.7.4.3-cü yarımbənd əlavə edilsin:

“6.7.4.3. “ASAN Viza” sistemi (yalnız məlumat alır).”.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti.- 2017.- 18 yanvar.- S.3.