Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 22 oktyabr
tarixli 339 nömrəli qərarı ilə təsdiq
edilmiş “Xarici donorlar tərəfindən
Azərbaycan Respublikasının ərazisində qrant vermək
hüququnun əldə edilməsi Qaydası”nda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı
¹ 12
Bakı şəhəri,
24 yanvar 2017-ci il
“Xarici
donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində
qrantların verilməsi prosedurunda “bir pəncərə”
prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 21 oktyabr tarixli 1083 nömrəli Fərmanının
3.1-ci və 3.3-cü bəndlərinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 oktyabr tarixli 339
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015, ¹ 12, maddə 1558; 2016, ¹ 5, maddə 955)
ilə təsdiq edilmiş “Xarici donorlar tərəfindən Azərbaycan
Respublikasının ərazisində qrant vermək hüququnun
əldə edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər
edilsin:
1.
1.4-cü və 3.5-ci bəndlər ləğv edilsin.
2. 2.2-ci bənddə
“(bundan sonra - Nazirlik)” sözləri “(bundan sonra - Maliyyə
Nazirliyi)” sözləri ilə əvəz edilsin.
3. 2.3-cü və 2.4-cü bəndlər
aşağıdakı redaksiyada verilsin:
“2.3.
Qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə
dair Maliyyə Nazirliyinin rəyinin əldə edilməsi və
bundan sonra qrant müqaviləsinin (qərarının) qeydə
alınması üçün xarici donor və ya müqavilə
üzrə resipiyent (onların nümayəndəsi) tərəfindən
müqavilə
bağlandıqdan (qərar verildikdən) 30 (otuz) gün
müddətində “bir pəncərə prinsipi” üzrə
kommersiya qurumlarına münasibətdə Azərbaycan
Respublikasının İqtisadiyyat
Nazirliyinə, dini qurumlara münasibətdə Azərbaycan
Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinə, digər qeyri-kommersiya qurumlarına və
fiziki şəxslərə münasibətdə isə Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyinə (bundan sonra - əlaqələndirici
dövlət orqanı) müvafiq ərizələrlə
müraciət edilir. Bu Qaydanın əlavəsində göstərilmiş
formada təqdim edilən ərizəyə
aşağıdakı sənədlər əlavə olunur:
2.3.1. qrant müqaviləsi (qərarı),
müqavilə (qərar) üzrə layihə, müqavilə
(qərar) qanuni təmsilçi olmayan şəxs tərəfindən
imzalandıqda, onun müvafiq səlahiyyətə malik
olması barədə sənəd (imzalamaq səlahiyyəti
müqavilədə göstərilmədiyi halda), qrant
müqaviləsinin (qərarının) qeydə
alınması üçün resipiyentin ərizəsi;
2.3.2.
qrantın maliyyə-iqtisadi əsaslandırılması.
2.4. Sənədlər
xarici dildə tərtib edildikdə, onların tərcüməsi
də əlavə edilir. Xarici ölkədə tərtib
olunmuş sənədlər leqallaşdırılmalı və
ya onlara apostil verilməlidir.”.
4.
Aşağıdakı məzmunda 2.5-ci və 2.6-cı bəndlər
əlavə edilsin:
“2.5. Bu
Qaydanın 2.3-cü bəndində nəzərdə
tutulmuş sənədlər daxil olduğu vaxtdan növbəti
iş günündən gec olmayaraq, əlaqələndirici
dövlət orqanı onların tamlığını,
donorun bu Qaydanın 1.2-ci bəndində göstərilmiş
xarici donorlara aid olub-olmadığını müəyyən
edir və qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə
dair rəyin əldə edilməsi üçün qrant
müqaviləsini (qərarını) və qrantın maliyyə-iqtisadi
əsaslandırıl-masını sifarişli poçt
göndərişi vasitəsilə Maliyyə Nazirliyinə
göndərir. Sənədlər tam təqdim olunmadıqda,
müraciət etmiş şəxsə geri qaytarılır və
çatışmazlıqların aradan qaldırılması
üçün əlavə olaraq 10 gün müddət təyin
edilir.
2.6. Qrant müqaviləsinin (qərarının)
və qrantın maliyyə-iqtisadi əsaslandırılmasının
əsli ilə yanaşı onların elektron surəti də təqdim
olunduqda, əlaqələndirici dövlət orqanı həmin
sənədlərin surətini Maliyyə Nazirliyinə elektron
qaydada təqdim edir.”.
5. 3.1-ci bənd
üzrə:
5.1.
birinci cümlədə “Nazirlik” sözü “Maliyyə
Nazirliyi” sözləri ilə, “müraciətlərinə ərizə”
sözləri “əlaqələndirici dövlət
orqanının göndərdiyi sənədlərə
onların” sözləri ilə və “15” rəqəmi “7” rəqəmi
ilə əvəz edilsin;
5.2. ikinci
cümlədə “Bu Qaydanın 2-ci hissəsində göstərilən”
sözləri “Həmin” sözü ilə və “15” rəqəmi “7” rəqəmi ilə
əvəz edilsin;
5.3.
üçüncü cümlə çıxarılsın.
6. 3.2-ci bənddə
“Nazirliyin” sözü “Maliyyə Nazirliyinin” sözləri ilə,
“əsaslandırılmalıdır” sözü “əsaslandırılmalı
və rəy əlaqələndirici dövlət orqanına təqdim
edilməlidir” sözləri ilə əvəz edilsin.
7.
Aşağıdakı məzmunda 3.2-1-ci bənd əlavə
edilsin:
“3.2-1.
Qrantın maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq
hesab edilməməsinə dair Maliyyə Nazirliyinin rəyi
daxil olduqdan sonra əlaqələndirici dövlət orqanı
tərəfindən 3 iş günü müddətində bu
barədə müraciət etmiş xarici donora və ya
müqavilə üzrə resipiyentə (onların nümayəndəsinə)
məlumat verilir.”.
8.
3.4-cü və 4.1-ci bəndlər aşağıdakı
redaksiyada verilsin:
“3.4.
Qrantın verilməsi məqsədi və onun maliyyə-iqtisadi
əsaslandırılması qeyri-dəqiq göstərildikdə,
qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə
dair rəyin verilməsindən imtina edilir və bu Qaydanın
3.1-ci bəndində göstərilən müddətdə əlaqələndirici dövlət
orqanına bu barədə məlumat verilir.
4.1.
Qrantın maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq
hesab olunması barədə Maliyyə Nazirliyinin rəyi əlaqələndirici
dövlət orqanına təqdim olunduğu təqdirdə,
xarici donor qrant vermək hüququnu əldə etmiş hesab
edilir.”.
9. Qaydaya əlavə
- “Qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə
dair rəyin əldə edilməsi barədə ərizənin
forması”ndan “nəzərdə
tutulan” sözləri çıxarılsın və həmin
formada “müqaviləsinin bağlanılması (qərarın
verilməsi) nəzərdə tutulmuşdur” sözləri
“müqaviləsi bağlanılmışdır (qərarı
verilmişdir)” sözləri ilə əvəz edilsin.
Artur
RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2017.- 26 yanvar.- S.3.