“Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun və
işçilərinin say həddinin təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 noyabr tarixli 363 nömrəli qərarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 13
Bakı şəhəri, 24 yanvar 2017-ci il
“Azərbaycan
Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar
Parkının yaradılması haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2425 nömrəli
sərəncamının 8.2-ci bəndinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 noyabr tarixli 363
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015, ¹11, maddə 1426; 2016, ¹7, maddələr
1356, 1359) ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər
Akademiyasının Strukturu”na aşağıdakı məzmunda
8-ci hissə əlavə edilsin:
“8. Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində “AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti.”.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2017.- 26
yanvar.- S.3.