“İçərişəhər” filmi
dünyanı dolaşır
Xəbər verdiyimiz kimi, “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “İçərişəhər” filmi Misirin 38-ci Qahirə Beynəlxalq Film Festivalında, 47-ci Hindistan Beynəlxalq Film Festivalında (Qoa), Estoniyanın 20-ci Tallinn “Qaranlıq gecələr” Film Festivalında və Hindistanın 21-ci Kerala Beynəlxalq Film Festivalında nümayiş olunub.
Əsas rolun ifaçısı Təhminə Rafaella Türkiyənin 5-ci “Van gölü” Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.
Bu yaxınlarda isə film Hindistanın 15-ci “Pune” və 7-ci “Yaşvant” beynəlxalq film festivallarının “Dünya kinosu” bölümündə nümayiş olunub.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmiş bu film psixoloji dram janrındadır.
M.MÜKƏRRƏMOĞLU,
Xalq qəzeti.- 2017.- 31 yanvar.- S.9.