Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2012-ci
il 11 aprel tarixli 80 nömrəli qərarı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının rəsmi dərc edilməsi Qaydası”nda dəyişikliklər edilməsi barədə
¹ 20 Bakı
şəhəri, 30 yanvar
2017-ci il
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2016-cı il 30 sentyabr
tarixli 304-VKQD nömrəli
Konstitusiya Qanununun tətbiqi və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının
Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanında dəyişikliklər
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
18 oktyabr tarixli 1070 nömrəli Fərmanının
1.2-ci və 1.4-cü bəndlərinə
əsasən Azərbaycan
Respublikasının Nazirlər
Kabineti QƏRARA
ALIR:
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2012-ci il 11 aprel tarixli 80 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2012, ¹ 4, maddə
392) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının rəsmi dərc edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər
edilsin:
1. 2-ci hissənin
birinci cümləsində
“Azərbaycan” qəzetində”
sözləri “Xalq qəzeti” qəzetində”
sözləri ilə əvəz edilsin.
2. 14-cü hissənin
mətnindən sonra aşağıdakı məzmunda
“Qeyd” əlavə edilsin:
“Qeyd. Bu Qaydada
dəyişikliklər Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının hazırlanması
və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin
2.6-1-ci bəndinə uyğun
edilə bilər.”.
Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.- 31 yanvar.- S.6.