“Müalicə-profilaktik yeməklərə,
süd və ona bərabər
tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclərin, həmçinin dəniz
nəqliyyatında üzücü heyətə
verilən yemək xərclərinin normalarının müəyyən
edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2007-ci il 4 iyun tarixli 89 nömrəli qərarında dəyişiklik
edilməsi haqqında
¹ 21 Bakı şəhəri, 30 yanvar
2017-ci il
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
1. “Müalicə-profilaktik
yeməklərə, süd
və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf
olunan xərclərin,
həmçinin dəniz
nəqliyyatında üzücü
heyətə verilən
yemək xərclərinin
normalarının müəyyən
edilməsi barədə”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2007-ci il 4 iyun tarixli 89 nömrəli qərarının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2007, ¹ 6, maddə
694) 2-ci hissəsi aşağıdakı
redaksiyada verilsin:
“2. Dəniz nəqliyyatında üzücü
heyətə verilən
yemək xərclərinin
gündəlik norması
Xəzər dənizində
üzən gəmilərin
üzücü heyəti
üçün 15 manatadək,
Xəzər dənizindən
kənarda üzən
gəmilərin üzücü
heyəti üçün
15 ABŞ dollarınadək məbləğdə müəyyən
edilsin.”.
2. Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.- 31 yanvar.- S.6.