“Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və fəaliyyətinin təmin
edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanının icrası
ilə bağlı Azərbaycan Respublikası
Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarı
¹ 128 Bakı şəhəri,
4 aprel 2018-ci il
“Azərbaycan
Respublikası İpoteka və Kredit Zəmanət Fondunun
yaradılması və fəaliyyətinin təmin edilməsi
ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli
Fərmanının 5.2-ci bəndinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli
149 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 10, maddə 866;
2006, ¹ 3, maddə 303, ¹ 5, maddələr 463, 468, ¹ 8, maddə
731, ¹ 9, maddə 822, ¹ 11, maddə 994; 2007, ¹ 1, maddə 50, ¹ 10,
maddə 1021, ¹ 12, maddələr 1343, 1352; 2008, ¹ 2, maddə
130, ¹ 4, maddə 308, ¹ 10, maddə 936; 2009, ¹ 1, maddələr
22, 32, ¹ 2, maddələr 144, 150, ¹ 9, maddələr 736, 753;
2010, ¹ 4, maddə 369, ¹ 11, maddə 1048; 2011, ¹ 1, maddə 66, ¹
4, maddə 365; 2012, ¹ 9, maddə 934; 2013, ¹ 8, maddə 1000, ¹ 10,
maddə 1202; 2014, ¹ 1, maddələr 59, 69, ¹ 2, maddə 201, ¹
5, maddə 557, ¹ 6, maddələr 745, 747, ¹ 9, maddə 1130;
2015, ¹ 2, maddə 227, ¹ 3, maddələr 328, 337, ¹ 6, maddələr
774, 781, ¹ 7, maddə 890; 2015, ¹ 11, maddə 1412; 2016, ¹ 3, maddə
595, ¹ 4, maddələr 806, 831, ¹ 5, maddələr 941, 955, ¹ 8,
maddə 1450, ¹ 9, maddə 1561, ¹ 12, maddələr 2220, 2241;
2017, ¹ 4, maddə 643, ¹ 6, maddə 1244, ¹9, maddələr 1722,
1745, ¹ 10, maddə 1896; 2018, ¹ 1, maddə 122) ilə təsdiq
edilmiş 4 nömrəli əlavə - “Büdcə xərclərinin
inzibati təsnifatı”nın “Baş kredit sərəncamçıları”
sütununda “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar
Cəmiyyəti” sözləri “Azərbaycan Respublikası
İpoteka və Kredit Zəmanət Fondu” sözləri ilə
əvəz edilsin.
2. “Azərbaycan
İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin
uzunmüddətli (beş ildən artıq) ipoteka
istiqrazlarına dövlət zəmanətinin verilməsi
şərtlərinin və mexanizminin, onların
emissiyasının illik həcminin, güzəştli ipoteka
kreditlərinin maliyyələşdirilməsinə yönəldilən
hissəsinin müəyyən edilməsi Qaydası”nın təsdiq
edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il 5 oktyabr tarixli 381 nömrəli qərarında
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 10,
maddə 1699; 2017, ¹ 12 (II kitab), maddə 2500)
aşağıdakı dəyişikliklər edilsin:
2.1.
adında və ikinci abzasda “Azərbaycan İpoteka Fondu”
Açıq Səhmdar Cəmiyyətinin” sözləri “Azərbaycan
Respublikası İpoteka və Kredit Zəmanət Fondunun”
sözləri ilə əvəz edilsin;
2.2. həmin
qərarla təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu”
Açıq Səhmdar Cəmiyyətinin uzunmüddətli
(beş ildən artıq) ipoteka istiqrazlarına dövlət zəmanətinin
verilməsi şərtlərinin və mexanizminin, onların
emissiyasının illik həcminin, güzəştli ipoteka
kreditlərinin maliyyələşdirilməsinə yönəldilən
hissəsinin müəyyən edilməsi Qaydası” üzrə:
2.2.1. adında və 2.1.4-cü
yarımbənddə “Azərbaycan
İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin” sözləri
“Azərbaycan Respublikası
İpoteka və Kredit Zəmanət Fondunun” sözləri ilə əvəz edilsin;
2.2.2.
1.1-ci və 5.1-ci bəndlərdə
“Azərbaycan İpoteka
Fondu” ASC-nin” sözləri “Azərbaycan
Respublikası İpoteka
və Kredit Zəmanət Fondunun” sözləri ilə əvəz edilsin;
2.2.3.
2.1.2-ci yarımbənddə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti”
sözləri “Azərbaycan
Respublikası İpoteka
və Kredit Zəmanət Fondu” sözləri ilə əvəz edilsin;
2.2.4.
5.1-ci bənddə “Cəmiyyət”
sözü “Fond” sözü
ilə əvəz edilsin;
2.2.5. 5.2-ci bənddə “Azərbaycan İpoteka Fondu” ASC” sözləri “Azərbaycan Respublikası
İpoteka və Kredit Zəmanət Fondu” sözləri ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2018.- 6
aprel.- S.12.