Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması
qaydaları haqqında
Təlimat”da dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 133
Bakı şəhəri,
6 aprel 2018-ci il
“Daşınmaz əmlakın dövlət
reyestri haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2017-ci il 25 aprel tarixli 641-VQD nömrəli
Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 24 may tarixli
1419 nömrəli Fərmanının
1.5-ci bəndinə əsasən
Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 9, maddə 693; 2001, ¹ 11, maddə 722; 2002, ¹ 3, maddə
148, ¹ 7, maddə 455, ¹ 10, maddə
635; 2003, ¹ 10, maddə 629; 2005, ¹ 4, maddə 386, ¹ 6, maddə
534, ¹ 8, maddə 782, ¹ 10, maddə
977, ¹ 11, maddə 1061, ¹ 12, maddələr
1228,1231; 2006, ¹ 3, maddə 297, ¹ 8, maddə 731, ¹ 9, maddə
830, ¹ 10, maddə 902, ¹ 11, maddə
994; 2008, ¹ 2, maddə 108, ¹ 4, maddə 316, ¹ 8, maddə
787; 2009, ¹ 2, maddə 148, ¹ 10, maddələr 846, 849, ¹ 12, maddə
1079; 2010, ¹ 6, maddə 555; 2011, ¹ 10, maddə 971; 2012, ¹ 3, maddə
263, ¹ 5, maddələr 489, 495, ¹ 7, maddə 777, ¹ 11, maddə
1206, ¹ 12, maddə 1354; 2013, ¹ 4, maddə 444, ¹ 5, maddə
578; 2014, ¹ 1, maddə 74, ¹ 5, maddələr 552, 589, ¹ 6, maddə
746, ¹ 8, maddə 1019, ¹ 12, maddə
1685; 2015, ¹ 12, maddə 1580; 2016, ¹ 3, maddə 611, ¹ 4, maddələr
777, 814, ¹ 6, maddə 1226, ¹ 8, maddə 1449, ¹ 11, maddə
1937; 2017, ¹ 1, maddə 135, ¹ 3, maddə 493, ¹ 6, maddə
1245, ¹ 7, maddə 1491, ¹ 9, maddə
1721, ¹ 10, maddə 1883, ¹ 12 (II kitab), maddə 2545; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2018-ci il 12 fevral tarixli 43 nömrəli qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında
notariat hərəkətlərinin
aparılması qaydaları
haqqında Təlimat”ın
19-cu hissəsinin ikinci
abzasına “vəsiyyətnamələrin”
sözündən sonra
“layihələrinin hazırlanması,”
sözləri əlavə
edilsin.
Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2018.- 10 aprel.- S.4.