Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il  17 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin baqaj daşınması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 158

 Bakı şəhəri, 17 aprel 2018-ci il

 

 “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 dekabr tarixli 1774 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 9, maddə 745; 2010, ¹ 11, maddə 1041, ¹ 12, maddə 1125; 2011, ¹ 4, maddə 372; 2013, ¹ 8, maddə 1025, ¹ 12, maddə 1629; 2014, ¹ 7, maddə 945, ¹ 8, maddə 1014; 2016, ¹ 2 (II kitab), maddə 354, ¹ 3, maddə 592,  ¹ 4, maddələr 779, 804, 817, ¹ 5, maddə 964; 2017, ¹ 4, maddələr 633, 650, ¹ 5, maddə 980, ¹ 8, maddə 1609) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin baqaj daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 9.8-ci bənddən “salonunda siqaret çəkməyə pəncərələrin” sözləri “pəncərələrinin” sözü ilə əvəz edilsin.

2. 10.3.16-cı yarımbənddə “vasitəsinin salonunda siqaret” sözləri “vasitəsində tütün” sözləri ilə əvəz edilsin.

3. 12.2.27-1-ci yarımbənddə “siqaret” sözü “tütün” sözü ilə əvəz edilsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 20 aprel.- S.8.