Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

¹ 135

Bakı şəhəri, 6 aprel 2018-ci il

 

Azərbaycan Respublikası PrezidentininAzərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 6 sentyabr tarixli 1593 nömrəli Fərmanının 3.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi əsasında publik hüquqi şəxs statuslu Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi yaradılsın.

2. “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsitəsdiq edilsin (1 nömrəli əlavə).

3. “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin strukturutəsdiq edilsin

(2 nömrəli əlavə).

4. Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzində (bundan sonraMərkəz) təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

4.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

4.1.1. Mərkəzin nizamnaməsinin strukturunun təsdiq edilməsi;

4.1.2. işçilərin say həddinin nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

4.1.3. Mərkəzin yenidən təşkili ləğv edilməsi.

4.2. Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinə (bundan sonraAgentlik):

4.2.1. inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiq edilməsi;

4.2.2. icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

4.2.3. təsərrüfat cəmiyyətlərinin yaradılmasına ya onlarda iştirak etməyə, idarə, filial nümayəndəliklərin yaradılmasına razılıq verilməsi;

4.2.4. xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini daha çox hissəsini təşkil edən əqdin bağlanılmasına razılıq verilməsi.

5. Mərkəzin işçilərinin say həddi 13 ştat vahidi müəyyən edilsin.

6. Agentlik:

6.1. Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin balansındakı əmlakın yeni yaradılmış publik hüquqi şəxs statuslu Mərkəzin balansına verilməsini bir ay müddətində təmin etsin;

6.2. Mərkəzin balansındakı dövlət əmlakının qiymətləndirilərək, onun nizamnamə fondunda əksini tapması üçün müvafiq tədbirlərin bir ay müddətində görülməsini təmin etsin.

6.3. Mərkəzin fəaliyyətini təmin etmək məqsədi ilə bir ay müddətində Müşahidə Şurasının sədrini üzvlərini, müəyyən edilmiş struktur işçilərin say həddi daxilində Mərkəzin Nizamnaməsində müəyyən edilmiş icra orqanının rəhbərliyini təyin etsin ştat cədvəlini təsdiq etsin;

6.4. bu qərardan irəli gələn digər məsələləri həll etsin.

7. Mərkəz dövlət qeydiyyatına alınması üçün bu qərarın qüvvəyə mindiyi tarixdən üç gün müddətindəHüquqi şəxslərin dövlət qeydiyyatı dövlət reyestri haqqındaAzərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin.

8. Agentlik Mərkəzin dövlət qeydiyyatına alındığı gündən üç gün müddətində bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

Artur RASİ-ZADƏ

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti.- 2018.- 10 aprel.- S.4.